1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalında təhsil alan rezident-həkimlər və onların kuratorları ilə görüş keçirilib
20.10.2023

18 oktyabr 2023-cü il tarixində Mərkəzi Gömrük Hospitalında təhsil alan birinci il rezident- həkimlər və onların kuratorları ilə görüş keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d., əməkdar həkim, ürək-damar cərrahı Rəşad Mahmudov, Mərkəzi Gömrük Hospitalının rəisi Bəxtiyar Musayev, rəis müavini Nabil Seyidov, rezident- həkimlərin kuratorları, rezident-həkimlər və digər əməkdaşlar iştirak ediblər.  

Mərkəzi Gömrük Hospitalında rezidenturaya yeni qəbul olunmuş rezidentləri təbrik edən Dr. İsmayıl Əfəndiyev onların Mərkəzi Gömrük Hospitalının təcrübəli həkimlərinin yanında fəaliyyət göstərməklə yüksəkixtisaslı həkim kimi yetişməsi, təcrübə qazanması, bilik və bacarıqlarını artırması, dünya səhiyyə sisteminin ən yeni nailiyyətlərini öyrənmələri və elmi araşdırmalarla məşğul olmaları üçün yaradılacaq imkanlar barədə məlumat verib. Dr.İsmayıl Əfəndiyev yeni rezidentlərə Mərkəzi Gömrük Hospitalında işlədikləri müddət ərzində beynəlxalq mübadilə proqramlarında iştirak etmək, tədris proqramının yaxşı mənimsənilməsi və kuratorlarla münasibətlərin düzgün qurulması ilə bağlı məsləhətlər verib.

Dr. İsmayıl Əfəndiyev həmçinin, Mərkəzi Gömrük Hospitalında təhsil alan bütün rezidentlərin ölkəmizdə və beynəlxalq konfranslarda, konqreslərdə, rotasiyalarda iştirak etmək üçün Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzinin edəcəyi kömək və töhfələrdən danışıb. DGK Tibbi Xidmət İdarəsinin rəis müavini rezidentlərin gələcəkdə peşəkar həkim kimi yetişməsində əhəmiyyətli rol oynaya biləcək bu elmi konfranslarda fəal iştirak etməyi və elmi araşdırmalarda aktiv olmalarını tövsiyə edib.

Mərkəzi Gömrük Hospitalının rəisi Bəxtiyar Musayev 15 il müddətində Hospitalın əhaliyə yüksəkixtisaslı və peşəkar tibbi xidmət göstərməsi, hazırda burada tətbiq olunan yüksək tibbi texnologiyalar sayəsində xəstələrin sağlamlığını qorumağa tam şəkildə imkan verməsi, habelə həyata keçirilən unikal əməliyyatlar haqqında danışıb.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin rəisi, tibb elmləri doktoru, ürək-damar cərrahı Dr.Rəşad Mahmudov çıxışında bildirib ki, rezident-həkim 1 il müddətində işlədiyi şöbənin işini öyrənməlidir. Dr.Rəşad Mahmudov deyib: “Rezidentura həkim-rezidentlərə verilən bir fürsətdir, bu zamanı itirmək olmaz, çünki həkimlik sənəti əzmkarlıq tələb edən sənətdir. Gələcək həkim əməksevər olmalı, gecə-gündüz pasiyentin yanında olmalı, xəstə ilə zaman keçirməlidir və xəstələrə eyni cür yanaşmalıdırlar”. 

Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov rezidentlərə xarici ölkə universitetlərində rotasiyalar üçün müraciət qaydalarını izah edib, Dr.Nabil Seyidov qeyd edib ki, həkim-rezidentlər bu gün daha çox şöbələrdə, xəstələrin yanında, əməliyyatxanalarda olmalıdırlar. Qarşısına yaxşı həkim olmağı məqsəd qoyan rezidentlər həqiqətən həkim kimi yetişmək üçün həm nəzəri biliklərə, həm də praktiki vərdiş və bacarıqlara yiyələnməlidirlər. Bunun üçün də çəkinmədən Hospitalın həkimlərinə, kuratorlara yanaşmalı, onlardan öyrənməlidirlər.

Daha sonra Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq İlqar Tahiroğlu, mama-ginekoloq Sədi Allahverdiyev, psixiatr Gülay Məmmədzadə, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə çıxış edərək, həkim-rezidentlərə tövsiyələrini veriblər. 

Tədbirin sonunda rezident-həkimlərlə qarşılıqlı fikir mübadiləsi aparılıb, onların problemləri dinlənilib və məsləhətlər verillib. Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalında 2018-ci ildən yaradılmış rezidentura təhsilinin əsas məqsədi gələcəkdə işinin peşəkarı, yüksək nəzəri və təcrübi biliklərə malik, savadlı həkimlər yetişdirməkdir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment