1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Özbəkistan “ASAN xidmət” təcrübəsinin tətbiqini genişləndirir
19.10.2023

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyətinin Özbəkistan Respublikasına səfəri davam edir.

Səfər çərçivəsində Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin Özbəkistan Respublikasının ədliyyə naziri Əkbər Taşkulov ilə görüşü baş tutub.  Görüş zamanı 2019-cu ildə Özbəkistan tərəfi ilə imzalanmış Anlaşma Memorandumu çərçivəsində həyata keçirilən işlər və planlaşdırılan layihələr barədə müzakirələr aparılıb. Özbəkistanlı nazir dövlət xidmətlərinin göstərilməsi sahəsində son dövrlərdə həyata keçirilən islahatlardan bəhs edib.  

Bundan əlavə qarşı tərəf Azərbaycanın “ASAN xidmət” təcrübəsi əsasında Özbəkistanda vahid məkandan dövlət xidmətləri göstərən mərkəzlərin uğurlu fəaliyyətinə toxunaraq  ötən illər ərzində vətəndaş məmnunluğunun 90 %-ə qədər yaxınlaşdığını bildirib və göstərilən dəstəyə görə Dövlət Agentliyinin sədrinə təşəkkürünü çatdırıb.

 Eyni zamanda Özbəkistanın Ədliyyə Nazirliyinin müxtəlif sahələr üzrə fəaliyyət göstərən bölmələri ilə tanışlıq həyata keçirilib. 

Səfər zamanı Dövlət Agentliyinin sədri Daşkənd şəhərində “ASAN xidmət” konsepsiyası əsasında fəaliyyət göstərən Dövlət Xidmətləri Mərkəzinin fəaliyyəti ilə tanış olub. Bildirilib ki, hazırda Özbəkistanda 208  Dövlət Xidmət Mərkəzi fəaliyyətdədir. Mərkəzlərdə vətəndaşlara 309 növ dövlət xidməti təqdim olunur və ilin sonuna qədər bu rəqəm 350-yə çatacaq. Həmçinin Azərbaycan təcrübəsi əsasında səyyar xidmətlərin həyata keçirildiyi diqqətə çatdırılıb.

Səfər çərçivəsində Dövlət Agentliyinin sədri ilə Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini,  Koreya Respublikasının Qyonqsanqbuk-do vilayətinin qubernatorunun müavini, Birləşmiş Ərəb Əmirliklərinin İnnovasiyalar üzrə Məhəmməd Bin Rəşid adına İnnovasiya Mərkəzinin rəhbəri arasında görüşlər keçirilib.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment