1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“ASAN xidmət”in innovativ həlləri “InnoWeek 2023”ün diqqət mərkəzində
19.10.2023

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistan Respublikasının Daşkənd şəhərində səfərdədir.

Özbəkistan Respublikasının Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyinin dəvəti əsasında baş tutan səfərin məqsədi “InnoWeek 2023” tədbirində iştirak və ikitərəfli görüşlərin keçirilməsidir. 

Foruma 20-yə yaxın ölkədən və beynəlxalq təşkilatdan 8000-ə yaxın ziyarətçi qatılıb.

Açılış mərasimində Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ASAN xidmət”lə, eləcə də Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri ilə bağlı  məlumat verib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində məhz Azərbaycan vətəndaşının dayandığını, “ASAN xidmət” mərkəzlərinin yaradılmasının bu istiqamətdə həyata keçirilən mühüm islahatlardan biri olduğunu vurğulayıb.

Açılış sessiyasında Özbəkistan Respublikasının ali təhsil, elm və innovasiyalar naziri və digər rəsmilər  də çıxış ediblər.

Səfər zamanı Dövlət Agentliyinin nümayəndə heyəti Özbəkistanın müvafiq Nazirliyinin tabeliyində olan “INNO” Texnoparkın fəaliyyəti ilə tanış olub. Görüşdə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” ilə “INNO” Texnopark arasında imzalanmış inkubasiya və akselerasiya sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumunun icrası çərçivəsində həyata keçirilmiş işlər və planlaşdırılan layihələr barədə müzakirələr aparılıb.

Eyni zamanda səfər proqramı çərçivəsində Dövlət Agentliyinin sədri ilə Özbəkistan Respublikasının ali təhsil, elm və innovasiyalar naziri arasında görüş baş tutub. Aparılan müzakirələrə əsasən dövlət idarəçiliyində sosial innovasiyaların tətbiqi, birgə inkubasiya və akselerasiya proqramlarının həyata keçirilməsi, eləcə də “ASAN müraciət”, “ASAN xidmət” mərkəzlərində tətbiq olunan digər rəqəmsal həllər və ASAN Radionun fəaliyyətinin Özbəkistanda tətbiqi ilə bağlı razılıq əldə olunub.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment