1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Neft və qaz


SOCAR-ın nümayəndə heyəti Çilov adasına səfər edib
19.10.2023

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentlərinin iştirakı ilə nümayəndə heyəti Çilov adasına səfər edib.

Nümayəndə heyəti ilk öncə “28 May” Neft və Qaz Çıxarma İdarəsinin (NQÇİ) inzibati binasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri düzüb.

Daha sonra nümayəndə heyətinə “28 May” NQÇİ-nin fəaliyyəti, idarədə yaradılan şərait barədə ətraflı məlumat verilib.

Səfər çərçivəsində nümayəndə heyəti Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin, eləcə də 1997-ci ildə helikopter qəzasında və 2015-ci ildə 10 saylı Dərin Dəniz Özülündə yanğın zamanı həlak olan neftçilərin xatirəsinə ucaldılmış abidə komplekslərini ziyarət ediblər.

Daha sonra NQÇİ-nin ərazisində inşa olunmuş 10 saylı yataqxananın açılışında iştirak edərək yaradılan şəraitlə yaxından tanış olublar. Nümayəndə heyəti burada “28 May” NQÇİ-də çalışan neftçilərlə söhbət edib, onları maraqlandıran sualları cavablandırıb.

Sonda SOCAR nümayəndələrinin NQÇi-də çalışan şəhid ailələrinin üzvləri və qazilərlə görüşü olub.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik sərkərdəliyi ilə rəşadətli Ordumuzun şücaəti nəticəsində xalqımızın 30 illik həsrətinə son qoyulduğu, ölkəmizin ərazi bütövlüyünün, dövlət suverenliyinin tam bərpa olunduğu qeyd olunub, Şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment