1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Dr.Kamran Beydullayev “Özbəkistan-Azərbaycan Səhiyyə Dekadası" çərçivəsində transplantasiya əməliyyatları icra edib
18.10.2023

Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin cərrah-transplantoloqu, m.r.c.s., Dr. Kamran Beydullayev Özbəkistanın paytaxtı Daşkənd şəhərində türk dünyasının dahi oğlu Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş "Özbəkistan-Azərbaycan Səhiyyə Dekadası" tədbirində iştirak edib. 

Tədbir çərçivəsində Azərbaycan Səhiyyə Nazirliyinin həkim mütəxəssisləri özbəkistanlı həmkarları ilə birgə vətəndaşlar üçün mərhələli şəkildə yüksək texnoloji avadanlıqlar vasitəsilə 100-dən artıq cərrahiyyə əməliyyatları icra edib, müayinə və müalicələr aparıblar. Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin cərrah-transplantoloqu, m.r.c.s., Dr. Kamran Beydullayev və nefroloq Elnur Fərəcov 10 gün müddətində Özbəkistanın tibb müəssisəsində 7 böyrək transplantasiyası və laparoskopik üsulla donor əməliyyatı icra ediblər, eləcə də  Dr.Kamran Beydullayev laparoskopik donor əməliyyatı üzrə özbəkistanlı həmkarları üçün master-klass keçirib.

Tədbir çərçivəsində Özbəkistanda cərrahi əməliyyatlar icra edən, müayinə və müalicələr aparan Azərbaycan mütəxəssisləri Azərbaycan Respublikası Səhiyyə naziri Teymur Musayev və Özbəkistanın səhiyyə naziri Amrillo İnoyatov tərəfindən yüksək qiymətləndirilib və onlara təşəkkürnamələr təqdim edilib.  

Özbəkistan-Azərbaycan Səhiyyə Dekadasının keçirilməsinin məqsədi hər iki ölkənin səhiyyə və tibb elmi sahəsində əldə olunan nailiyyətlər, tətbiq edilən innovasiyalar, səhiyyənin rəqəmsallaşdırılması, əhalinin sağlamlığının qorunması sahəsində görülən işlərin müzakirəsi və iki ölkənin həkim mütəxəssisləri arasında təcrübə mübadiləsi aparmaq olub.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment