Həkimlik peşəsi həm müqəddəsdir, həm də ülvi bir hissdir. Həkim olmaq arzusu insanda uşaqlıqdan baş qaldırır və o bu arzusuna çatmaq üçün daim öyrənir, çalışır və bütün ömrünü, fəaliyyətini xəstələrə həsr etməyə hazır olur.
Həkimlər üçün nə zaman, nə məkan anlayışlarının fərqi yoxdur. Lazım olduqda, gecə olsun ya gündüz, həkim ona ehtiyacı olan xəstələrin yanındadır. 44 günlük Vətən müharibəsində də onlar arxa cəbhənin əsas qəhrəmanları oldular.
Sağlamlığımızın keşiyində duran bu nəcib peşə sahibləri - Mərkəzi Gömrük Hospitalının həkimləri: cərrah-transplantoloq Mircəlal Kazımi, USM həkimi Günay Əhmədova, uşaq cərrahı Vüsal Cəfərov, uroloq Bəhruz Xalıqov, reanimatoloq Tural Sadıqov həkimlik peşəsinin vacibliyindən, ülviliyindən AZTV Mədəniyyət TV-nin “Səhər çağı” verilişinə danışıblar. Süjetin linkini Sizə təqdim edirik: https://www.youtube.com/watch?v=MiSn2WD4JfU