1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalında nadir xəstəliyə yoluxmuş uşaq əməliyyat olunaraq sağlamlığına qovuşub
17.10.2023

Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsinə ölkəmizdə nadir hallarda rast gəlinən leyşmanioz xəstəliyi ilə 4 yaşlı oğlan uşağı daxil olmuşdur. 3 il əvvəl o, bu problemlə qarşılaşmış və müalicə almışdır. Xəstəlik nəticəsində uşağın dalağında və qaraciyərində böyümə baş verib. Aparılan müalicə sayəsində qaraciyər normal hala gətirilmiş, amma dalaqda geriləmə izlənilməmişdir. Xəstənin valideynləri bir sıra tibb mərkəzlərində olmuş və bu əməliyyat çox riskli olduğuna görə həmin tibb müəssisələrinin həkimləri uşağı  əməliyyat etməkdən imtina etmişlər. 

Mərkəzi Gömrük Hospitalında infeksion, pediatrik, anestezioloji, həm də cərrahi tərəfdən xəstəlik dəyərləndirildikdən sonra - dalaq həddən artıq böyüdüyünə, bədəndəki qanın həcminin təxminən yarısını “həbs” etdiyinə görə xəstə üzərində məcburən dalağın çıxarılması – splenktomiya əməliyyatına qərar verilib. Hospitalın Uşaq cərrahiyyəsi şöbəsinin rəisi, uşaq cərrahı Vüsal Cəfərov ciddi hazırlıqdan sonra xəstəni əməliyyat edib və dalaq onun bədənindən xaric edilib. Əməliyyat öncəsi üçlü peyvəndlər tətbiq edilib ki, əməliyyatdan sonra infeksiya keçirib problem yaranmasın. Hazırda uşağın vəziyyəti stabildir, o tam qidalanır və evə göndərilməyə hazırdır.

Qeyd edək ki, leyşmaniya 2-3 mm-lik bir parazitdir və insan bu parazitə kiçik həşaratlar, əsasən ağcaqanadların dişləməsi ilə yoluxur. Leyşmaniya insanı yoluxdurduqda müxtəlif xəstəliklər törədə bilir. Dəridə, daxili orqanlarda bəzi xəstəliklər vardır ki, bu parazit qan və ya sidiklə dalağa daxil olub onun böyüməsinə səbəb olur. Əksər hallarda müalicə sayəsində dalaq kiçilir və normal hala düşür, amma bəzi hallarda bu baş vermir və dalaq cərrahi yolla çıxarılır. Leyşmanioz endemik xəstəlikdir, adətən isti ölkələrdə, xüsusilə Afrikada yayılmışdır. Azərbaycanda bu xəstəliyə nadir hallarda rast gəlinir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment