Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Bakı Tibb Kolleci arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Bakı Tibb Kollecinin direktoru Nailə Əliyeva imzalayıblar.
Memoranduma əsasən 1 nömrəli Bakı Tibb Kollecinin orta tibb işçilərinin peşə vərdişlərinə daha yaxşı yiyələnməsi üçün Mərkəzi Gömrük Hospitalında təlimlərin keçirilməsi, birgə sertifikatlaşdırılmış tibbi təlim kurslarının və elmi-təcrübi konfransların keçirilməsi, tədqiqatlarla bağlı birgə layihələrin işlənilməsi, müştərək seminar, ümumi konfrans, simpozium, o cümlədən sosial, xeyriyyə və maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi Mərkəzi Gömrük Hospitalı yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanlarını mütəmadi olaraq genişləndirməkdədir.