1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Perioperativ dövrdə və intensiv terapiyada balanslaşdırılmış məhlulların yeri” mövzusunda Dəyirmi masa keçirilib
14.10.2023

13 oktyabr 2023-cü ildə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin və Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və “B.Braun Sharing Expertise” şirkətinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında “Perioperativ dövrdə və intensiv terapiyada balanslaşdırılmış məhlulların yeri” mövzusunda Dəyirmi masa keçirilib.

Tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov, Milli Onkologiya Mərkəzinin Reanimasiya şöbəsinin müdiri, AzRAC-ın sədri, t.ü.f.d. Zəhra Vəzirova, Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasının Əməliyyat Blokunun müdiri, t.ü.f.d. Namaz İbrahimov, Moskva vilayətinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun Anesteziologiya və Reanimasiya şöbəsinin müdiri, tibb elmləri doktoru Yekaterina Upryamova və digər mütəxəssislər iştirak ediblər. 

Dəyirmi masanı Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev açaraq, tədbir iştirakçılarını həm öz adından, həm də Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, gömrük xidməti general-mayoru  Ceyhun Məmmədovun adından salamlayıb, dəyirmi masanın işinə uğurlar arzulayıb. Rəis müavini İsmayıl Əfəndiyev bu cür tədbirlərin əhəmiyyətindən danışaraq, bildirib ki, Dəyirmi masada keçirilən diskussiyalar, müzakirələr həkimlərin praktiki işlərinə müsbət təkan verəcək, qazanılan və burada bölüşdüyümüz təcrübələr onların gündəlik işlərində tətbiq ediləcək.

Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov Hospitalın Baş həkimi Bəxtiyar Musayevin və hospitalın həkimlərinin salamlarını tədbir iştirakçılarına çatdırıb və ümidvar olduğunu bildirib ki, tədbir iştirakçıları Dəyirmi masada müzakirə olunan məsələlərdən öz təcrübi fəaliyyətlərində yararlanacaqlar.

Dəyirmi masanın qonağı - Milli Onkologiya Mərkəzinin Reanimasiya şöbəsinin müdiri, AzRAC-ın sədri, t.ü.f.d. Zəhra Vəzirova Dəyirmi masa iştirakçılarını aktiv diskussiyaya çağırıb və bildirib ki, tədbirin mövzusu – infuzion terapiya sahəsində son 10 ildə çoxlu sayda araşdırmalar aparılıb, elmi işlər yazılıb. 

Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasının Əməliyyat Blokunun müdiri, t.ü.f.d. Namaz İbrahimov “Perioperativ dövrdə və intensiv terapiyada balanslaşdırılmış məhlulların yeri” mövzusunda təqdimatla çıxış edib. O, infuzion terapiyanın əsasları barədə danışaraq, infuzion məhlulun hansı xəstələrə və hansı dozalarda təyin edilməsi, onu nə vaxt dayandırmaq lazım olduğu haqqında, eyni zamanda infuzion terapiyanın hansı hallarda  zərər yetirməsi, balanslaşdırılmış məhlullar haqqında ətraflı məlumat verib. Namaz İbrahimov həmçinin, hamının tanıdığı və qida məhsulu kimi qəbul etdiyi kolloid məhlullar olan jelatin və kraxmal əsaslı maddələrin də  insan orqanizminə təsirindən danışıb.

Daha sonra Moskva vilayətinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun Anesteziologiya və Reanimasiya şöbəsinin müdiri, tibb elmləri doktoru Yekaterina Upryamova “Mamalıq qanaxmalarında infuzion-transinfuzion taktika” mövzusunda təqdimatla çıxış edib. Dəyirmi masa maraqlı diskussiyalarla başa çatıb.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment