1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında “Narkotik vasitələr, psixotrop maddələr və saxta dərmanlar
13.10.2023

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında “Narkotik vasitələr, psixotrop maddələr və saxta dərmanlar: müasir dünyanın qlobal çağırışı” mövzusunda seminar keçirilib

12  oktyabr 2023-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən müxtəlif idman federasiyalarının üzvləri, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələri və müəllimləri üçün “Narkotik vasitələr, psixotrop maddələr və saxta dərmanlar: müasir dünyanın qlobal çağırışı” mövzusunda maarifləndirici seminar keçirilib.

Ölkəmizin müxtəlif idman federasiyalarının idmançılarının, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələrinin və müəllimlərinin iştirakı ilə keçirilən seminarda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev, Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Azad Əhmədov və Mərkəzi Gömrük Hospitalının psixiatrı Gülay Məmmədzadə çıxış edərək psixotrop maddələrin, yeni növ sintetik narkotik vasitələrin, hallüsinogenlər və prekursorların,  saxta dərmanların insan orqanizminə göstərdiyi təsirləri barədə ətraflı məlumat veriblər. 

Seminarı giriş sözü ilə açan Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutunun dosenti  Rəhimə Qabulova çıxışında bu cür seminarların idmançıların və gənclərin maarifləndirilməsində böyük əhəmiyyətə malik olduğunu qeyd edib və seminarın işinə uğurlar arzulayıb. Rəhimə Qabulova çıxışının sonunda tədbirin keçirilməsinə görə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədova, Mərkəzi Gömrük Hospitalının baş həkimi Bəxtiyar Musayevə və məruzəçilərə dərin təşəkkürünü bildirib.  

Seminarda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev “Narkotik vasitələr və psixotrop maddələr: müasir dünyanın qlobal çağırışı” mövzusunda, Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Azad Əhmədov “Saxta dərman vasitələri və onların yayılmasına qarşı mübarizə” mövzusunda və  Mərkəzi Gömrük Hospitalının həkim-psixiatrı Gülay Məmmədzadə “Çağdaş dövrdə psixotrop dərmanların yaratdığı problemlər” mövzusunda təqdimatla çıxış ediblər.  Tədbirin sonunda məruzəçilər iştirakçıları maraqlandıran çoxsaylı sualları cavablandırıblar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment