1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Bank kənd təsərrüfatı kreditləri və digər məsələlər ilə bağlı tənzimləyici aktlarda dəyişikliklər etmişdir
12.10.2023

Azərbaycan Respublikasının Mərkəzi Bankı ölkə iqtisadiyyatının, xüsusilə real sektorun maliyyəyə çıxışının yaxşılaşdırılması istiqamətində tədbirlərini davam etdirir. Mərkəzi Bank “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində kiçik və orta sahibkarlığın inkişafı, maliyyə inklüzivliyinin genişləndirilməsi kimi prioritet istiqamətlərlə bağlı kompleks tədbirlər həyata keçirir.

Ölkədə davam edən iqtisadi artım bankların kredit portfelinin artımını şərtləndirir. Cari ilin əvvəlindən bank sektorunun kredit portfeli 11.3%, biznes kreditləri portfeli isə 8.9% artmışdır. Biznes kreditləri portfelinin artımının 13%-i kənd təsərrüfatı kreditlərinin payına düşmüşdür. 31.08.2023-cü il tarixinə banklar tərəfindən kənd təsərrüfatına verilmiş kreditlər cəmi biznes portfelinin 12.5%-ni (1.5 mlrd. manat) təşkil etmişdir.

Ölkədə kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən kompleks tədbirlər aqrar sahənin kreditləşməsi ilə bağlı riskləri azaltmağa və banklar tərəfindən kənd təsərrüfatının maliyyələşdirilməsində yeni imkanlar yaratmağa təkan vermişdir.

Sosial-iqtisadi inkişafın ayrılmaz hissəsi olan kənd təsərrüfatının artım hədəflərinə nail olunmasına dəstək göstərilməsi məqsədi ilə Mərkəzi Bank tərəfindən bankların fəaliyyətini tənzimləyən əsas aktlarda dəyişikliklər edilmişdir. Bu dəyişikliklər “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması” Qaydası, “Bank kapitalının və onun adekvatlığının hesablanması” Qaydaları, “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair” Qayda və “Banklarda kredit risklərinin idarə edilməsi” Qaydasında aqrar sahənin xüsusiyyətləri və potensial risklərinin minimallaşdırılması ilə bağlı tələbləri özündə əks etdirən aşağıdakı istiqamətləri əhatə edir:

Kənd təsərrüfatı sahəsinin kreditləşməsini dəstəkləyən requlyativ çərçivəyə “kənd təsərrüfatı krediti” anlayışı və borcalanlar üzrə meyarlar daxil edilmişdir. Kənd təsərrüfatı məhsullarının istehsal prosesini əhatə edən xərclərin, istehsal avadanlıqlarının alınması və kənd təsərrüfatı sahəsində inkişaf layihələrinin maliyyələşdirilməsi məqsədilə verilmiş kreditlər “kənd təsərrüfatı krediti” anlayışına aid edilmişdir. Məhsul istehsalçısı özü olmayıb, yalnız emal və ticarətlə məşğul olan şəxslərə verilmiş kreditlər isə kənd təsərrüfatı krediti deyil, standart biznes kreditləri kimi təsnifləşdiriləcəkdir. Əlavə olaraq, anlayışa aid edilməsi üçün kənd təsərrüfatı subyektinə müvafiq elektron informasiya sistemində qeydiyyatının və bu sahədə müəyyən təcrübəsinin olması kimi meyarlar müəyyənləşdirilmişdir. Eyni zamanda, kənd təsərrüfatı kreditləri üzrə borcalanlar sırasına ailə kəndli təsərrüfatları da daxil edilmişdir;

Kənd təsərrüfatı kreditlərinin xüsusiyyətləri, o cümlədən mövsümilik faktoru nəzərə alınaraq onlara münasibətdə daha yumşaq ehtiyatlanma tələbləri tətbiq edilmişdir.

Kənd təsərrüfatı kreditləri üzrə kapital tələbləri müəyyənləşdirilmişdir. Mikro sahibkarlara milli valyutada verilmiş kənd təsərrüfatı kreditləri 75%-li risk qrupuna, ailə kəndli təsərrüfatlarına verilmiş kənd təsərrüfatı kreditləri 100% risk qrupuna aid edilmişdir. Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən orta və kiçik sahibkarlara verilmiş kənd təsərrüfatı kreditləri isə 50% mövcud risk qrupunda saxlanılmışdır. Eyni zamanda, dövlət tərəfindən yaradılmış və bank kreditləri üzrə öhdəliyin onun yerinə yetirilməsinə zəmanət verən fondların zəmanətinin qeyd-şərtsiz təmin olunmuş hissəsi 20%-li risk qrupuna aid edilmişdir. Bu da, öz növbəsində, digər kreditlərlə yanaşı fondların hər hansı biri üzrə zəmanəti olan kənd təsərrüfatı kreditlərinə də bankların marağını artıracaqdır;

Kənd təsərrüfatı kreditləri üzrə xüsusi anderraytinq, restrukturizasiya, monitorinq və kredit inzibatçılığı tələbləri müəyyənləşdirilmişdir. Bu növ kreditlər üzrə borcalanın ödəmə qabiliyyətinin qiymətləndirilməsinə əlavə tələblər (aqrar sığortanın olması) və kredit dosyesi üçün əlavə sənədlər, restrukturizasiya olunmuş kənd təsərrüfatı kreditləri üzrə təsnifləşdirmə tələbləri müəyyən edilmişdir. Kredit inzibatçılığı ilə bağlı bu növ kreditlər üzrə ödəniş cədvəlində sahibkarlıq subyektinin fəaliyyət sikli və mövsümi xüsusiyyətlərinin nəzərə alınması, bankın kredit risklərinin idarə edilməsi siyasətində kənd təsərrüfatı kreditlərinin maliyyələşdirilməsi tələblərinin əhatə edilməsi və bu kreditlərin monitorinqi üzrə tələblər təyin edilmişdir.

Tətbiq edilən dəyişikliklərin bankları kənd təsərrüfatı sektorunun kreditləşməsində aktiv iştiraka təşviq edəcəyi gözlənilir. Beləliklə də, aqrar sənayedə fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlar üçün maliyyə resurslarına çıxış imkanlarının genişlənməsi maliyyə inklyüzivliyinə və iqtisadi dayanıqlılığa əhəmiyyətli töhfə verəcəkdir.

Kənd təsərrüfatı üzrə yuxarıda qeyd edilən tələblərdən əlavə olaraq real sektorun kreditləşməsini və dayanıqlı inkişafını dəstəkləyən digər tənzimləyici dəyişikliklər də edilmişdir. Belə ki, iri layihələrin banklar tərəfindən maliyyələşməsini stimullaşdırmaq üçün xüsusi meyarlara cavab verən layihə maliyyələşdirilməsi kreditləri tam təminatlı kreditlər hesab edilmişdir. Bu kreditlər üzrə faizlərin ödənilməsi dövriliyinin müvafiq layihə müddətlərinə uyğun olduğu müəyyənləşdirilmişdir. Bu dəyişikliklərlə layihə maliyyələşdirilməsi kreditləri üzrə ehtiyat yükü tənzimlənəcək, həmçinin bu növ kreditlər təminatsız kreditlər üzrə konsentrasiya limitindən istisna ediləcəkdir. Həmçinin ekoloji təmiz avtomobillərin maliyyələşdirilməsinə verilmiş kreditlər üzrə borcalanın borc yükü ilə bağlı ehtiyatlanma tələbləri yumşaldılmış, biznes kreditləri üzrə təmin qismində çıxış edən istehsal, ticarət və digər xüsusi avadanlıqlara dair tələblər yumşaldılmışdır.

İstehlak kreditlərində isə borcun gəlirə nisbəti əmsalı müvəqqəti olaraq müəyyən edilə bilinməyən (xüsusilə, iş yerini itirmiş şəxslər) borcalanların restrukturizasiyası imkanı yaradılmışdır. Eyni zamanda, bununla əlaqədar bankın kredit risklərini minimallaşdırmaq üçün sərt təsnifləşdirmə tələbləri müəyyənləşdirilmişdir.

Ümumilikdə, son tənzimləmə islahatlarının bank sektoru vəsaitlərinin iqtisadi artımda effektiv rol oynaması, məsuliyyətli borclanma və sağlam kreditləşmə prinsiplərinin möhkəmlənməsi istiqamətində töhfə verəcəyi proqnozlaşdırılır.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment