1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


AccessBank və Enabling Qapital Ltd ilə daha bir kredit müqaviləsi imzalayıb
28.09.2023

Azərbaycanın mikro, kiçik və orta sahibkarlıq (MKOB) üzrə aparıcı bankı olan AccessBank Avropanın nüfuzlu investisiya şirkəti olan Enabling Qapital Ltd ilə 8.5 milyon AZN dəyərində kredit müqaviləsi imzalayıb. 3 il müddətinə ayrılan məbləğ Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətlərini dəstəkləyir və onların ortamüddətli maliyyələşdirməyə davamlı çıxışını təmin edir. 

AccessBank-ın İdarə Heyətinin Sədri Davit Tsiklauri: “Biz Enablig Qapital ilə əməkdaşlığımızı davam etdirməkdən çox məmnunuq. Bu artıq cari il ərizində ikinci kreditdir və AccessBank-a Azərbaycanda rəqabət qabiliyyətini və biznes mühitini daha da gücləndirmək üçün regionlara xüsusi diqqət yetirməklə Mikro və KOS (kiçik və orta sahibkarlar) bizneslərinin maliyyələşdirilməsini genişləndirməyə imkan verəcək. Mən bir daha “Enabling Qapital” şirkətinə əməkdaşlığa görə təşəkkür etmək istərdim və yaxın gələcəkdə əməkdaşlığımızın daha da güclənəcəyinə ümid edirəm”.

Enabling Qapital Ltd (EQ) investisiyaların maliyyə və sosial gəlir gətirdiyi aparıcı təsiredici investisiya məsləhət şirkətidir. EQ-in iqtisadi, sosial və ətraf mühitə müsbət təsir göstərmək missiyası EMF Microfinance və Spark+ Africa Fund daxilində təxminən 600 milyon ABŞ dolları məbləğində aktivlər üzrə məsləhətlər verir. Şirkətin İsveçrə, Lixtenşteyn, Lüksemburq və Keniyada qeydiyyatdan keçmiş ofisləri və Şərqi Avropa, Afrika, Asiya və Latın Amerikasını əhatə edən bir çox ölkədə 50-dən çox komanda üzvü var.

AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası  və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 14-ü Bakıda, 18-i bölgələrdə olmaqla, 32 filialı fəaliyyət göstərir. 

Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.

*AccessBank QSC xidmətlərini Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 25 Oktyabr 2002-ci il tarixli, 245 nömrəli lisenziya əsasında təqdim edir və Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment