1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“ABAD” - 7 yaş
27.09.2023

23 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ABAD” publik hüquqi şəxsin fəaliyyətə başlamasının 7 illiyinə həsr olunan tədbir keçirilib.

"Quba ABAD Factory" İstehsalat Kompleksində baş tutan tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev və digər qonaqlar iştirak ediblər. 

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasətdən, regionların inkişafına, mikro, kiçik və orta sahibkarlığa dəstək mexanizmlərindən söz açılıb. Eyni zamanda “ABAD” vasitəsilə 7 il ərzində ölkəmizin müxtəlif regionlarında yaşayan şəxslərə dəstək göstərilməklə onlara məxsus minlərlə çeşiddə sənətkarlıq, ərzaq və digər müxtəlif növ məhsulların satışa çıxarıldığı diqqətə çatdırılıb.  

Vurğulanıb ki, 11 oktyabr 2018-ci il tarixində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı baş tutan Quba “ABAD Factory”dən 5 il ərzində 15 “ABAD”çı ailəsi yararlanıb, onların istehsal etdiyi 83 çeşid məhsul satışa çıxarılıb. 

Sonda şokolad istehsalı sahəsinin işə salınması baş tutub. 

“ABAD” publik hüquqi şəxs Prezident İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb. “ABAD” ölkəmizin sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, mikro, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verir. 

Bu günə kimi “ABAD” vasitəsilə  579 ailəyə dəstək göstərilib. Onlardan 443-ü sənətkarlıq, 118-i qida və 18-i digər istiqamətlərdir. Satış dinamikası göstərən "ABAD"çılar arasında orta aylıq gəlir 500-1000 AZN arasında dəyişir


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment