1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Bakıda 2-ci Türk Dövlətləri Aqro Biznes Forumu keçirilib
26.09.2023

Bakıda 2-ci Türk Dövlətləri Aqro Biznes Forumu keçirilib 

2-ci Türk Dövlətləri Aqro Biznes Forumunda KOBİA sədri Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında aqrobiznes potensialını genişləndirən və yeni qarşılıqlı əlaqə formatlarını müəyyən edən vahid platformanın yaradılmasının nəzərdən keçirilə biləcəyini qeyd edib. 

Bakıda Kənd Təsərrüfatı Nazirliyinin və Türk Dövlətləri Təşkilatının təşkilatçılığı ilə 2-ci Türk Dövlətləri Aqro Biznes Forumu keçirilib.

Türk dövlətlərindən rəsmi şəxslərin və özəl şirkət təmsilçilərinin iştirakı ilə keçirilən tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin təşkilatın əlaqəli qurumları ilə əməkdaşlığı, aqrar sahədə çalışan KOB-lara Agentliyin dəstəyi barədə məlumat verib. Qeyd edilib ki, kənd təsərrüfatı və qida sənayesi KOB subyektlərinin daha çox fəaliyyət göstərdiyi sektorlardandır. Bu səbəbdən aqrobiznes fəaliyyətinin qurulması və inkişaf etdirilməsinə dəstək KOBİA-nın fəaliyyət gündəliyinə daxildir. Agentlik bu istiqamətdə KOB-ların satış imkanlarının genişləndirilməsinə, məhsul və xidmətlərinin tanıdılmasına dəstək göstərir. Mütəmadi olaraq kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkar və fermerlərlə görüşlər və maarifləndirmə tədbirləri keçirilir. Aqrar sahədə fəaliyyət göstərən sahibkarlar KOBİA-nın nəzdində olan KOB evlərində dövlət və özəl qurumlarının xidmətlərindən istifadə edə bilərlər. 

KOBİA sədri Agentliyin Türk Dövlətləri Təşkilatı ilə əlaqəli qurumlar və müşahidəçi ölkələrin müvafiq təsisatları ilə əməkdaşlıq etdiyini, təşkilata üzv ölkələr arasında aqrobiznes potensialını genişləndirən və yeni qarşılıqlı əlaqə formatlarını müəyyən edən vahid platformanın yaradılmasının nəzərdən keçirilə biləcəyini qeyd edib. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment