1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Yeni nəsil iqtisadiyyatda Süni intellekt: çağırışlar və imkanlar” mövzusunda tədbir keçirilib
26.09.2023

Süni intellekt texnologiyalarının düzgün satınalması və bu texnologiyaların daha geniş yayılmasının təmin edilməsi məqsədilə Dünya İqtisadi Forumu tərəfindən hazırlanmış və Azərbaycan dilinə tərcümə olunmuş “Süni İntellekt Satınalması üzrə Təlimatlar” layihəsinin təqdimatı keçirilib.  

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM), Dünya İqtisadi Forumu (DİF), İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (AİBNDX), İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun birgə təşkilatçılığı ilə “Yeni nəsil iqtisadiyyatda süni intellekt: çağırışlar və imkanlar” mövzusunda tədbir keçirilib.

Tədbirin keçirilməsinin əsas məqsədi süni intellekt və maşın öyrənməsi sahəsində mütəxəssislərin təcrübələrini mübadilə etmək, 4Sİ texnologiyalarının düzgün satınalması və bu texnologiyaların daha geniş yayılmasını təmin etməkdir.

Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov rəqəmsal iqtisadiyyata keçidin sürətləndirilməsinin ölkəmizdə prioritet məsələlərdən biri olduğunu qeyd edib, iqtisadi artımı dəstəkləmək, sektorların rəqabət qabiliyyətini artırmaq, vətəndaşların xidmətlərə çıxışını asanlaşdırmaq və dövlət xidmətlərinin fəaliyyətinin təkmilləşdirilməsini təşviq etmək üçün rəqəmsal texnologiyadan istifadə etmənin zəruriliyini vurğulayıb. Nazir müavini rəqəmsal iqtisadiyyatın inkişafı baxımından Azərbaycanın Yeni Nəsil İqtisadiyyatı Strategiyasının hazırlanmasının önəmini diqqətə çatdırıb. 

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (AİBNDX) rəisi Məmməd Abbasbəyli rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri, dövlət satınalmaları üzrə qanunvericilik bazasının təkmilləşdirilməsinə dair institusional islahatlar, keyfiyyət infrastrukturu və istehlakçıların hüquqlarının müdafiəsi sahələrində həyata keçirilən tədbirlər, satınalma prosesində yeniliklər və gələcək perspektivlər, e-tender platforması və gələcəkdə platformada süni intellektin tətbiqi imkanları barədə məlumat verib. 

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun rəhbəri Yusif Abdullayev Agentliyin fəaliyyəti, ixracın təşviqi və xarici investisiyaların cəlb edilməsi prosesinə dördüncü sənaye inqilabı texnologiyalarının inteqrasiyasının əhəmiyyətini qeyd edib, bu sahədə qlobal iqtisadiyyatda tətbiq olunan təcrübələr haqqında məlumat verib.

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov 4SİM-in fəaliyyəti, cari layihələri, Yeni Nəsil İqtisadiyyat Strategiyasında nəzərdə tutulmuş süni intellekt üzə təşəbbüslər, 4SİM ilə Dünya İqtisadi Forumu arasında əməkdaşlıq və müxtəlif sahələrdə süni intellektin tətbiqi və onların satınalması prossesində "Süni İntellekt Satınalması üzrə Təlimatlar”ın əhəmiyyəti barədə məlumat verib. Bidirilib ki, DİF-in Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycan Mərkəzi Braziliyadan sonra təlimat kitabçasını öz dilinə tərcümə edən ikinci mərkəzdir.

Tədbir çərçivəsində keçirilən "Süni İntellekt Satınalması üzrə Təlimatlar" Vörkşopunda Dünya İqtisadi Forumunun Süni İntellekt və Maşın Öyrənməsi Platformasının rəhbəri Uber Xelop  “Süni İntellekt satınalması üzrə Təlimatlar” layihəsi ilə bağlı təqdimatla çıxış edib.

Dördüncü Sənaye İnqilabının Braziliya şəbəkəsinin Süni İntellekt və Maşın Öyrənməsi Platformasının rəhbəri Klara Langevin, Türkiyənin Rəqəmsal Transformasiya ofisinin Süni İntellekt mütəxəssisi Merve Ayyüce Kızrak, Slovakiyanın İnvestisiyalar, Regional İnkişaf və İnformasiyalaşdırma Nazirliyi mütəxəssisi Jana Novohradska təmsil etdikləri ölkələrdə süni intellektin tətibiqi, bu sahədə qanunvericilik və tənzimlənmə mexanizmləri ilə bağlı təqdimatlarla çıxış ediblər.

Qeyd: “Süni İntellekt Satınalması üzrə Təlimatlar” layihəsi Dünya İqtisadi Forumu tərəfindən hazırlanıb. Layihə müəssisələrə süni intellekt və verilənlər (data) əsaslı texnologiyaların satınalması prosesində düzgün və şəffaf metodlar təklif edir. Layihə, həmçinin dövlət satınalmaları vasitəsilə dövlət sektorunda süni intellekt texnologiyasının tətbiqi üçün hazırlanmış bələdçi kitabçası və süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı bir sıra alətlər təqdim edir. Bu təlimatlar artıq Braziliya, İngiltərə, Hindistan, Bəhreyn Krallığında tətbiq olunur.

 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment