1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


ABA və Dövlət Komitəsi arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb
26.09.2023

Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Respublikasının (AR) Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında “Sən Tək Deyilsən” Şəhid xanımlarının təhsilinə dəstək layihəsi çərçivəsində 21 sentyabr 2023-cü il tarixində, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin baş ofisində birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Memorandumu ABA-nın prezidenti Zakir Nuriyev və Dövlət Komitəsinin sədri Bahar Muradova imzalayıb.

Həmçinin tədbir çərçivəsində, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi, torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda Şəhid olmuş qəhrəmanlarımızın cari il ərzində ali məktəblərə daxil olmuş həyat yoldaşları ilə görüş keçirilib.

Memorandum çərçivəsində reallaşdırılacaq layihələr və tədbirlər barədə söz açan Bahar Muradova, birgə layihələrin icrası məqsədilə işçi qrupun yaradılacağını və təcrübə mübadiləsinin həyata keçiriləcəyini bildirib.

Zakir Nuriyev öz çıxışında ABA-nın korporativ sosial məsuliyyət çərçivəsində həyata keçirilən tədbirlərə diqqət çəkərək, bu istiqamətdə görülən işlərin sistemli xarakter alması, nəticəyönümlü olması və hədəf qruplarının düzgün müəyyən edilməsi məqsədilə belə Memorandumların imzalanmasının önəmini qeyd edib və bank icmasının bundan sonra da bu istiqamətdə aktiv fəaliyyəti davam etdirməyə hazır olduğunu bildirib. Həmçinin, Memorandumun qarşılıqlı əməkdaşlığın geniş spektrlərini əhatə edəcəyini və hər iki qurum üçün müsbət nəticələr gətirəcəyini vurğulayıb.

Sonda xatirə fotosu çəkilib və ali məktəbə daxil olmuş Şəhid xanımlarına hədiyyələr təqdim edilib.

Əlavə edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 24 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment