1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Neft və qaz


“SOCAR Könüllülər” qrupunun ilk məzunlarına sertifikatlar təqdim olunub
15.09.2023

13 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “SOCAR Könüllülər” qrupunun ilk məzunları ilə görüş keçirilib.

“SOCAR Tower”da keçirilən görüşdə “SOCAR Könüllülər” qrupunun ilk məzunlarını salamlayan SOCAR-ın kommunikasiya məsələləri üzrə icraçı direktoru Aygün Hüseynova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə başladılan könüllülük hərəkatının dövlətimizin həyata keçirdiyi gənclər siyasətinin mühüm istiqamətlərindən biri olduğunu bildirib. İcraçı direktor könüllülük fəaliyyətinin gənclərin müxtəlif sahələr üzrə təcrübə qazanması və mühüm biliklərə yiyələnməsi baxımından əhəmiyyətini qeyd edərək bu hərəkatın bir parçası olan “SOCAR Könüllülər” qrupunun ilk məzunlarını təbrik edib, onlara fəaliyyətlərində müvəfəqiyyətlər diləyib.

Aygün Hüseynova 2022-ci ilin sentyabrında SOCAR Media İctimai Birliyinin nəzdində yaradılan könüllülər qrupunun ötən bir il ərzində səmərəli fəaliyyət göstərdiyini, şirkət tərəfindən həyata keçirilən tədbirlərdə yaxından iştirak edərək mühüm təcrübə qazandıqlarını bildirib.

İnsan kapitalının inkişafı baxımından könüllülər hərəkatının əhəmiyyətindən bəhs edən SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva ölkəmizdə mövcud könüllülük hərəkatının gənclərin cəmiyyətin bütün sahələrində fəal iştirakına, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasına imkan yaratdığını vurğulayıb.

Vitse-prezident könüllülərin bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün SOCAR-da əlverişli şəraitin yaradıldığını qeyd edib. SOCAR könüllülərinin ölkəmizdə könüllülük hərəkatının genişlənməsinə töhfə verdiyini ifadə edən Ziba Mustafayeva “SOCAR Könüllülər” qrupunun ötən bir il ərzindəki çoxşaxəli fəaliyyətini yüksək qiymətləndirib və onlara gələcək işlərində uğurlar diləyib.

Tədbirdə çıxış edən “SOCAR Könüllülər”i üzrə SOCAR-ın səlahiyyətli nümayəndəsi Ruqiyyə Musayeva məzun olan könüllülərə tədbirlərdə yaxından iştiraklarına, il ərzində aktiv fəaliyyətə görə təşəkkür edib.

Sonra “SOCAR Könüllülər”in qrup rəhbəri Murad Əliyev qrupun ötən bir il ərzindəki fəaliyyəti haqqında ətraflı məlumat verib.

Sonda Könüllülər qrupunun məzunlarına sertifikatlar təqdim edilib, xatirə fotosu çəkilib.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment