1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Kapital Bank 10 tələbəyə təhsil təqaüdü verdi
13.09.2023

Qırmızı Ürəklər Fondunun “Təhsil Təqaüdü Proqramı” çərçivəsində həyata keçirilən “Onu oxut” aksiyasına ilk olaraq Kapital Bank qoşuldu. Ölkənin birinci bankının aksiyaya ianə etdiyi 15 000 AZN məbləğlə 2023/2024-cü tədris ilində 10 tələbəyə təhsil təqaüdü veriləcək.

Xatırladaq ki, “Onu oxut” ianə aksiyasıdır. Aksiyanın məqsədi 600 baldan yüksək nəticə göstərərək ali məktəbə daxil olan sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrə dəstək olmaqdır. Hazırda aksiyanın imkanlarından yararlanmaq istəyən 30-a yaxın tələbə Qırmızı Ürəklər Fonduna müraciət edib: https://bit.ly/rhttqv.

Aksiyaya qoşularaq gənclərin təhsil almaq və daha gözəl gələcək qurmaq arzularına yardımçı olmaq mümkündür. İanələri Fondun veb-saytı  https://bit.ly/rhttq, Kapital Bank terminalları, o cümlədən Birbank mobil tətbiqi ilə etmək olar. Etdiyimiz gözəl əməllərin bizə geri qayıtdığını bilərək  “Onu oxut”a dəstək ola bilərsiniz.

Qırmızı Ürəklər 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda fond kimi fəaliyyət göstərən təşkilat əsasən uşaq evlərinə, sığınacaqlara və ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment