1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Neft və qaz


“Abşeron” qaz-kondensat yatağından ilk qazın verilməsinə həsr olunan tədbir keçirilib
01.09.2023

31 avqust 2023-cü il tarixində “Abşeron” qaz-kondensat yatağından ilk qazın verilməsi münasibətilə tədbir keçirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən SOCAR-ın Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağında hasilata başlanılmasının ölkəmiz və layihədə iştirak edən şirkətlər üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunduğunu qeyd edən iqtisadiyyat naziri “Abşeron” qaz-kondensat yatağından ilk qazın verilməsinin Azərbaycan üçün əlamətdar olan bu ildə həyata keçirilməsini xüsusi vurğulayıb. Qeyd olunub ki, “Abşeron” qaz-kondensat yatağının işlənilməsinin ikinci mərhələsi üzrə işlər intensiv şəkildə davam etdirilir.

Tədbirdə Mikayıl Cabbarov Azərbaycanın enerji sahəsində uğurlu əməkdaşlıq əlaqələrinin ölkəmizi beynəlxalq miqyasda etibarlı tərəfdaşa çevirdiyini ifadə edib. Cari il avqustun 4-də SOCAR, “TotalEnergies” və ADNOC şirkətləri arasında “Abşeron” qaz-kondensat yatağında 30% iştirak payının satışı ilə bağlı imzalanma mərasiminin keçirildiyini xatırladan SOCAR-ın Müşahidə Şurasının sədri bu sənədin Azərbaycanda yaradılan əlverişli investisiya mühitinin növbəti təzahürü olduğunu qeyd edib.

Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov çıxış edərək dünyada qaz tədarükü mənbələrinin əhəmiyyətinin təhlükəsizlik amilinə əsasən müəyyənləşdiyi, müvafiq olaraq etibarlı enerji təchizatçısı kimi Azərbaycanın rolunun gücləndiyi və ölkəmizin enerji resurslarına tələbatın artdığı bir vaxtda “Abşeron”un yüksək hasilatla işə düşməsinin strateji əhəmiyyət daşıdığını vurğulayıb. Nazir bunun Azərbaycanın enerji ehtiyatlarının zənginliyinin və enerji tədarükçüsü missiyasının davamlılığının bariz göstəricisi olduğunu bildirib, eyni zamanda, enerji bazarları, istehlakçıların fasiləsiz enerji təchizatına, ölkəmizdə neft-kondensat hasilatının sabitliyinə etibarlı təminat olduğunu diqqətə çatdırıb. Pərviz Şahbazov “Abşeron” yatağının ölkəmizdə qaz istehsalı, istehlakı mənbələrini şaxələndirməklə yanaşı, Avropaya əlavə qaz tədarükünün də mühüm mənbəyi olacağını ifadə edib.

SOCAR-ın prezidenti Rövşən Nəcəf çıxışında “Abşeron” qaz-kondensat yatağının tarixi inkişaf yolundan, ötən illər ərzində beynəlxalq tərəfdaşlarla birgə atılan mühüm addımlardan bəhs edib. SOCAR prezidenti “Abşeron” qaz-kondensat yatağının ölkəmizin hasilat potensialının artırılmasına və beynəlxalq mövqelərinin gücləndirilməsinə dəyərli töhfə verəcəyini vurğulayıb.

Rövşən Nəcəf çıxışında ölkə başçısı tərəfindən “Abşeron” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi üzrə verilən tapşırıqların icrası istiqamətində görülən işlərdən bəhs edib.

“Abşeron” qaz-kondensat yatağının İHS mərhələsi üzrə hasilata başlanılmasından məmnunluğunu ifadə edən “TotalEnergies” şirkətinin baş icraçı direktoru Patrik Puyane SOCAR və layihəyə yeni qoşulmuş ADNOC şirkəti ilə əməkdaşlığın daha da möhkəmləndiriləcəyini diqqətə çatdırıb. O, hazırda tərəfdaş şirkətlərlə birgə “Abşeron” qaz-kondensat yatağının işlənilməsinin növbəti mərhələsi üzrə görülən işlərdən danışıb. Patrik Puyane təbii qazın karbohidrogenlər içərisində ən təmiz yanacaq olduğunu diqqətə çatdıraraq “Abşeron” layihəsinin “TotalEnergies”in aşağı karbonlu enerjiyə keçid öhdəliyinə tam uyğun olduğunu da ifadə edib.

ADNOC şirkətinin aşağı karbon həlləri və beynəlxalq inkişaf üzrə icraçı direktoru Musabbeh Al Kaabi SOCAR və “TotalEnergies” ilə birlikdə Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında strateji əlaqələrdə və enerji tərəfdaşlığında daha bir mühüm mərhələ olan “Abşeron” yatağından ilk qazın hasil olunmasına həsr edilən tədbirdə iştirakdan məmnunluğunu ifadə edib. İcraçı direktor aşağı karbonlu enerji istehsalı sahəsində ADNOC-un malik olduğu ənənələrə və onilliklər boyu qazanılan zəngin təcrübəyə əsaslanaraq, bu strateji əhəmiyyətli layihədə oynayacağı mühüm rolu səbirsizliklə gözlədiklərini diqqətə çatdırıb.

Çıxışlardan sonra “Abşeron” qaz-kondensat yatağının işlənilməsinin İHS mərhələsinə həsr olunan videoçarx nümayiş etdirilib.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment