1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Neft və qaz


SOCAR-ın prezidenti ADNOC şirkətinin icraçı direktoru ilə görüşüb
01.09.2023

31 avqust 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) aşağı karbon həlləri və beynəlxalq inkişaf üzrə icraçı direktoru Musabbeh Al Kaabi ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi bildirilib, ölkəmizdə enerji sektorunda həyata keçirilən layihələrdə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) şirkətlərinin iştirakının əhəmiyyəti vurğulanıb. Bu xüsusda cari ilin avqustunda SOCAR, “TotalEnergies” və ADNOC şirkətləri arasında “Abşeron” qaz-kondensat yatağında 30 faizlik iştirak payının satışına dair imzalanan Sazişin Azərbaycan və BƏƏ arasında strateji əlaqələrin daha da gücləndirilməsinə, “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsinə və ölkəmizin hasilat potensialının artırılmasına dəyərli töhfə verəcəyi qeyd edilib.

Görüşdə, həmçinin “Abşeron” layihəsinin cari vəziyyəti, onun növbəti fazası üzrə irəliləyişlər, aşağı karbon həlləri və bərpa olunan enerji layihələri barədə məsələlər müzakirə olunub. Bu xüsusda ADNOC-un Azərbaycanda ümumi gücü 10 GVt olan bərpa olunan enerji layihəsini icra edən və BƏƏ-nin təmiz enerji sahəsində ən böyük şirkəti olan “Masdar”a investisiyası ilə qlobal miqyasda bərpa olunan enerjinin inkişafına təkan verdiyi qeyd edilib və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağından ilk qaz cari ilin iyul ayının əvvəlində hasil edilib.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment