1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının Reanimasiya və Anesteziologiya şöbəsinin anestezioloq-reanimatoloqu,yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov
31.08.2023

“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizə Mərkəzi Gömrük Hospitalının Reanimasiya və Anesteziologiya şöbəsinin anestezioloq-reanimatoloqu, ağır xəstələrə xüsusi qayğı və diqqətlə yanaşan yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədovu təqdim edirik.

DR.XƏYAL MƏMMƏDOV Mərkəzi Gömrük Hospitalında cərrahi əməliyyatlar önü pasiyentlərin ümumi vəziyyətinin qiymətləndirilməsi, anestezioloji taktikanın seçilməsi və aparılması, əməliyyat zamanı pasiyentlərin nəzarətdə saxlanılması, əməliyyatdan sonra intensiv müalicə və müayinə taktikasının seçilməsi və aparılması, əməliyyatdan sonra ağrısızlaşdırma və regional anesteziya prosedurlarını həyata keçirir. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/xayal-mammadov/#

Xəyal həkim 1996-cı ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirdikdən sonra 1996-1997-ci illərdə ATU-da anestezioloq-reanimatoloq ixtisası üzrə internatura təhsili almışdır. O, 1997-2019-cu illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Hərbi Klinik Hospitalında Təxirəsalınmaz Yardım və Anesteziologiya-Reanimasiya şöbəsinin həkim ordinatoru kimi başlamış, sonra şöbə rəisi təyin edilmişdir. 2013-2019-cu illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrdə Baş anestezioloq-reanimatoloq kimi çalışmışdır. Xəyal həkim 2019-cu ildən Mərkəzi Gömrük Hospitalında Reanimasiya və intensiv terapiya şöbəsində anestezioloq-reanimatoloq kimi fəaliyyət göstərir. 

Dr.Xəyal Məmmədov özünə qarşı tələbkardır, daim öz üzərində çalışan, dünya mətbuatında qabaqcıl ölkələrin səhiyyə sisteminin və tibbin ən son nailiyyətlərini izləyən və bu təcrübədən bəhrələnən yüksəkixtisaslı həkimdir. O, 2015-ci ildə Almaniyanın Unna Nevroloji klinikasında nevrologiya üzrə intensiv terapiya kursunda, 2017-ci ildə Almaniyanın Berlin şəhərində  Bundeswehrkrankenhaus Şarite klinikasının təhsil bazasında Anesteziologiya-reanimatologiya üzrə ixtisasartırma kursunda,  2019-cu ildə Bakıda ATU-nun və Türkiyənin Ankara Universitetinin təşəbbüsü ilə keçirilmiş “Pediatrik reanimasiya və təcili pediatrik yardım” üzrə təlim kursunda və  2019-cu ildə Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupunda təkmilləşdirmə kursunda iştirak edib. Dr.Xəyal Məmmədov 2016-cı ildən Azərbaycan Reanimatologiya və Anesteziologiya Cəmiyyətinin üzvüdür. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment