1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı, t.ü.f.d. Aynur Səfiyeva
31.08.2023

Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı, t.ü.f.d. Aynur Səfiyeva “Həkim məsləhəti” rubrikamızda “Bağırsaq poliplərinin xərçəngə yol açmaması üçün onların vaxtında aşkarlanması və müalicəsi” barədə məlumat verib.

Son illərin protokollarına görə, 40 yaşdan yuxarı bütün pasiyentlər kolonoskopiya və endoskopiya müayinələrindən keçməlidir. Xəstədə daha gənc yaşlarında hər hansı bağırsaq şikayətləri, məsələn, bağırsaqda qanama varsa və yaxud anamnezində digər şikayətlər, ailə üzvlərində bağırsaq, mədə şişləri olubsa, 40 yaşından daha erkən ən azı 3 ildən bir kolonoskopiya olunmalıdır.

Müayinə zamanı bağırsaqda polip görünərsə, mütləq cərrahi əməliyyat olunaraq götürülməlidir. Poliplərin hamısı deyil, adenamotoz strukturu olan poliplər xərçəngə çevrilir. Amma son illərin araşdırmaları göstərir ki, dişli poliplərin də xərçəngə çevrilmə ehtimalı var.

Kolonoskopiya zamanı götürülən bütün poliplər patohistoloji müayinə olunmalıdır və onlarda xərçəng hüceyrələrinin olub-olmaması dəqiqləşdirilməlidir. Məhz bu nəticəyə əsasən xəstə risk qrupunda olub-olmadığını bilir və nəzarətdə olur. Poliplər vaxtında aşkar edilib götürüldüyü zaman xəstədə xərçəng olma riski azalır və ya qarşısı alınır.

Bəs bağırsaqda poliplər necə yaranır? Təəssüf ki, poliplərin yaranma səbəbi dəqiq məlum deyil. Amma alimlərin yekdil fikrinə görə, ailə anamnezində düz və qalın bağırsaq xərçəngi olanlarda poliplərin yaranma təhlükəsi daha çoxdur, qastroezofageal reflüks xəstəliyi olanlarda, diabet xəstələrində, piylənmə olan insanlarda bu risk daha yüksəkdir. Siqaret və zərərli qida da bu riski artırır. Oturaq işdə çalışanlarda da polip durğunluqdan yarana bilər.

Profilaktika tədbirləri barədə elmi ədəbiyyat bir şey yazmır, lakin bir sıra elmi məqalələrdə polip götürüləndən sonra xəstələrə ipubrofen kimi qeyri-sterpid dərmanın verilməsinin polipin təkrar əmələ gəlməsinin qarşısını aldığı bildirilir.Vaxtında polipləri götürmək lazımdır, əks təqdirdə xərçəng riski var. Ən yaxşı profilaktika vaxtında kolonoskopiya olunmaqdır.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment