1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalı işğaldan azad olunmuş Talış kəndinin sakinləri üçün tibbi sosial aksiya keçirib
28.08.2023

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin təşkilatçılığı, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin dəstəyi ilə Tərtər rayonunun işğaldan azad olunmuş Talış kəndində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş tibbi-sosial xeyriyyə aksiyası keçirilib. 

Tədbirin rəsmi hissəsində çıxış edən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, əməkdar həkim, ürək-damar cərrahı Rəşad Mahmudov bildirib ki, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi tərəfindən işğaldan azad olunmuş ərazilərdə əhalinin zəruri tibbi xidmətlərlə təminatına dəstək məqsədilə ən yüksək texnologiyalar əsasında onların mütəmadi olaraq müayinələrinin həyata keçirilməsi nəzərdə tutulub.

Bugünkü tibbi aksiyada Talış kəndində əhalinin tibbi müayinəsi üçün hər bir şərait yaradılıb. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş tibbi aksiyada Mərkəzi Gömrük Hospitalının kardioloq, terapevt, uroloq, psixiatr, pediatr, nevroloq, mama ginekoloq, endokrinoloq, fizioterapevtdən ibarət 20 nəfərdən artıq yüksəkixtisaslı tibb heyəti Talış sakinlərini tibbi müayinələrdən, o cümlədən USM, EKQ, EXO müayinələrindən keçirirlər. Tibbi aksiyada iştirak edən sakinlər həmçinin dərman vasitələri ilə təmin edilir.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev bildirib ki, Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı həkim briqadası aksiya çərçivəsində Talış kəndinin sakinlərini  müayinə edib,  USM, EKQ, EXO   tibbi avadanlıqlar vasitəsilə səhhətində problem aşkarlanan sakinlərə peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicə təyin olunub. Həmçinin, aksiya çərçivəsində aktual mövzular olan ilan sancması və zədələnmələr zamanı ilk tibbi yardımın göstərilməsi kimi maarifləndirici təlimlər keçirilib. 

Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin icraçı direktorunun köməkçisi Vüsal Məmmədov Talış kəndində məskunlaşa əhalinin dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb, bugünkü aksiyanın təşkilinə görə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının tibbi heyətinə təşəkkürünü bildirib.

Qeyd edək ki, müayinə olunan sakinlər arasında Talış kəndində 30 ildən sonra ilk dünyaya gələn körpə Zəhra Camalzadə də olub.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment