1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalı Tərtərdə şəhid və qazi ailələrinin üzvləri üçün tibbi sosial aksiya keçirib
25.08.2023

Avqustun 25-də Tərtər Rayon Mərkəzi Xəstəxanasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının təşkilatçılığı, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin və Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ümummili lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş qazi və şəhid ailələrinin üzvləri üçün sosial tibbi aksiya keçirilib. 

Tədbirin rəsmi açılış hissəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Milli Məclisin deputatı Sahib Alıyev, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Tərtər rayon Mərkəzi Xəstəxanasının direktoru Sərxan Cəlahani və digər rəsmi nümayəndələr iştirak ediblər.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev öz adından, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədovun adından tədbir iştirakçılarını salamlayıb. O, bildirib ki, bu aksiyada Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı mütəxəssisləri 200-ə yaxın qazı və şəhid ailəsi üzvlərinin müayinəsini həyata keçirəcək. Onların müayinəsi və müalicəsi üçün müasir tibbi avadanlıqlarla təchiz olunmuş mobil hospital və geniş çeşiddə dərmanlardan istifadə ediləcək. Bu məqsədlə Mərkəzi Gömrük Hospitalının USM, EKQ, EXO müayinələri, o cümlədən kardioloq, terapevt, uroloq, psixiatr, pediatr, nevroloq, mama ginekoloq, endokrinoloq, fizioterapevtdən ibarət 20 nəfərdən artıq tibb heyəti Tərtərə ezam olunub.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən yüksək diqqət və qayğıdan danışıb. Bildirib ki, respubikamızın hər yerində olduğu kimi, Tərtər rayonunda da Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilir. Bu gün Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Tərtərdə keçirdiyi tibbi aksiya da bu qəbildəndir. Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı mütəxəssislərinin Tərtərdə şəhid ailələri, qazilər, onların ailə üzvlərinin tibbi müayinəsinin həyata keçirilməsi çox xeyirxah bir missiyadır. Milli Məclisin deputatı Sahib Alıyev tibbi aksiyanın əhəmiyyətini yüksək qiymətləndirib, təşkilatçılara təşəkkürünü bildirib.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının təşkilatçılığı ilə Tərtər rayonunda keçirilən tibbi sosial aksiya 26 avqust 2023-cü il tarixində işğaldan azad edilmiş Talış kəndində davam edəcək.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment