1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Sahibkarlıq fəaliyyəti üzrə lisenziya üçün müraciət qaydaları
25.08.2023

Sahibkarlıq fəaliyyəti üzrə lisenziya üçün hara müraciət etmək və hansı sənədləri təqdim etmək lazımdır?

İqtisadiyyat Nazirliyi tərəfindən hazırda 23 sahibkarlıq fəaliyyəti növü üzrə lisenziyalar verilir. Nazirlik tərəfindən “Lisenziyalar və icazələr” portalı ilə yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin tabeliyində olan KOB evləri, və 11 “ASAN xidmət” mərkəzi (5 saylı Bakı, Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Quba, Qəbələ, Masallı, Mingəçevir, İmişli və Şəki) vasitəsilə lisenziyaların verilməsi üçün sahibkarlara xidmətlər göstərilir, ərizələrin qəbulu və lisenziyaların verilməsi həyata keçirilir. Bununla yanaşı, “ASAN xidmət” mərkəzlərində və KOB evlərində vaxta qənaət və optimal sənədləşmənin təmin edilməsi məqsədilə lisenziya almaq istəyən sahibkarlara İqtisadiyyat Nazirliyi tərəfindən məsləhət xidmətləri göstərilir.

Lisenziya almaq üçün tələb olunan sənədlər bunlardır: ərizə və ərizəyə əlavə olunan sənədlər.  Ərizəçi hüquqi şəxs olduqda ərizəyə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın, fərdi sahibkar olduqda isə şəxsiyyət vəsiqəsinin surəti əlavə olunur. Bundan əlavə, ərizəyə vergi ödəyicisi kimi uçota alınma haqqında şəhadətnamənin, ərizədə qeyd olunan obyektlərdən hər biri üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti, lisenziya şərtlərinin yerinə yetirilməsini təsdiq edən sənədlər əlavə edilir. Fəaliyyət növünün xüsusiyyətindən asılı olaraq, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən şərtlərin və Nazirlər Kabinetinin müəyyən etdiyi əlavə şərtlərin yerinə yetirildiyini təsdiq edən sənədlər də təqdim edilməlidir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment