1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalında Rusiyanın İ.M.Seçenov adına Birinci Moskva Tibb Universitetinin professoru ilə görüş keçirilib
23.08.2023

23 avqust 2023-cü il tarixində Mərkəzi Gömrük Hospitalında Rusiyanın  İ.M.Seçenov adına Birinci Moskva Tibb Universitetinin professoru, transfuzioloq, Qan köçürmə şöbəsinin rəhbəri Emin Səlimov ilə görüş keçirilib. Görüşdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov və digər rəsmi nümayəndələr  iştirak ediblər.

Tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev Tibbi Xidmət İdarəsinin fəaliyyəti və təşkilatçılığı ilə keçirilən maarifləndirici elmi tədbirlər,  Mərkəzi Gömrük Hospitalında icra olunmuş unikal əməliyyatlar, açıq ürək əməliyyatları, TAVİ əməliyyatı, qaraciyər və böyrək transplantasiyası əməliyyatları və Qan Bankının fəaliyyəti barədə ətraflı məlumat verib. 

Rəis müavini Nabil Seyidov bildirib ki, Mərkəzi Gömrük Hospitalının klinik şöbələri, laboratoriya və diaqnostika xidmətləri ən innovativ tibbi avadanlıq və cihazlarla təmin edilmiş, pandemiya dövründə ən ağır kovidli xəstələrin müalicəsində ilk dəfə Azərbaycanda məhz Mərkəzi Gömrük Hospitalında ekstrakorporal membran oksigenasiyası (EKMO) cihazından uğurla istifadə edilmişdir. Eyni zamanda görüşdə Rusiyanın  İ.M.Seçenov adına Birinci Moskva Tibb Universiteti ilə qarşılıqlı əməkdaşlıq planları, transfuziologiya sahəsi üzrə  birgə elmi tədbirlərin keçirilməsi müzakirə olunub.  

Daha sonra Rusiyanın  İ.M.Seçenov adına Birinci Moskva Tibb Universitetinin professoru Emin Səlimov Mərkəzi Gömrük Hospitalının Nefrologiya, Anesteziologiya və Reanimasiya, Tibbi Laboratoriya, Qan Mərkəzi və digər şöbələrin fəaliyyəti barədə ətraflı məlumat verilib. Professor Emin Mərkəzi Gömrük Hospitalında pasiyentlərin abulator və stasionar müalicəsi üçün yaradılmış şəraitdən məmnun olduğunu bildirib. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment