1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Neft və qaz


SOCAR-ın prezidenti “Uzbekneftegaz” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri ilə görüşüb
22.08.2023

21 avqust 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Azərbaycan-Özbəkistan Biznes Forumu çərçivəsində Özbəkistanın “Uzbekneftegaz” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Baxodirjon Sidiqov ilə görüşüb.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyev tərəfindən Azərbaycan ilə Özbəkistan arasında enerji sektorunda əməkdaşlığın genişləndirilməsinə dair verilən tapşırıqların icrası istiqamətində mühüm addımların atıldığı vurğulanıb. Bu xüsusda, 18 iyul tarixində Şuşada keçirilən Azərbaycan-Özbəkistan hökumətlərarası komissiyanın son iclası çərçivəsində SOCAR ilə “Uzbekneftegaz” arasında imzalanan sənədlərin əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib.

Görüşdə SOCAR ilə “Uzbekneftegaz” arasında neft, neft-kimya, qaz-kimya və digər neft məhsullarının ticarət və logistikası, kadrların hazırlanması üzrə əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivlərə dair müzakirələr aparılıb.

Azərbaycan-Özbəkistan Biznes Forumu çərçivəsində, həmçinin tərəflər arasında “Uzbekneftegaz”ın Azərbaycan Respublikasında neft-qaz layihələrində iştirakına dair müqavilə, o cümlədən SOCAR-ın Özbəkistan Respublikasında neft-qaz layihələrində iştirakına dair SOCAR, Özbəkistan Respublikasının Mədən və Geologiya Nazirliyi və “Uzbekneftegaz” Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq haqqında Saziş imzalanıb.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment