1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Tibbi Xidmət idarəsinin və Mərkəzi Gömrük Hospitalının əməkdaşları “Heydər Əliyev zirvəsi”ni fəth ediblər
21.08.2023

Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları  milli tariximizin ən qüdrətli siması olan görkəmli siyasi və dövlət xadimi  Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünü qeyd edir. 20 avqust 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Həmkarlar Komitəsinin təşkilatçılığı ilə müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin əziz xatirəsinə həsr etdikləri “Heydər Əliyev zirvəsi”nə ənənəvi yürüşü təşkil olunub.

Yürüşdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının İnformasiya Texnologiyaları şöbəsi-mühəndis-proqramlaşdırıcı Natiq Orucov, Alqı-satqı və təchizat şöbəsinin satınalmalar üzrə mütəxəssi Əlişir Mirzəyev, Radiologiya şöbəsinin böyük tibb bacısı İradə Tağıyeva və Kardiologiya şöbəsinin tibb bacısı Ruhəngiz Axundova iştirak ediblər. Yürüşün əsas məqsədi Ümummilli liderin anımı, sağlam həyat tərzi təbliğ etməkdir.

Bakıdan hərəkətə başlayan yürüş iştirakçıları mürəkkəb relyefə malik olan dağlıq ərazini böyük ruh yüksəkliyi və əzmkarlıqla fəth edərək Böyük Qafqaz sıra dağlarının Qızıl Qaya massivində dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən zirvəyə qalxıb, orada dövlət bayrağımızı ucaltmış və Azərbaycan Respublikasının Dövlət Himnini ifa ediblər.

Uca dağların əzəməti, möhtəşəmliyi hər yerdən aydın görünür. Adını tarixə həkk etdirmiş şəxsiyyətlərin də böyüklüyü, əlçatmazlığı elədir. Onlar cismən bizi tərk etsələr də, ideyaları, əməlləri bu gün də yaşayır və tarixin çətin sınaqlarından keçir, hamı tərəfindən qəbul edilir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment