1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı sonoloqu Tükəzban Abdullayeva
17.08.2023

Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı sonoloqu Tükəzban Abdullayeva “Həkim məsləhəti” rubrikasında “USM nədir və hansı hallarda təyin edilir?” mövzusunda məlumat verib.

Ultrasəs müayinə (USM) şüa deyil, səs dalğalarıdır. USM tibbin əksər sahələrində istifadə olunan çox faydalı bir görüntüləmə metodudur. Səs dalğaları olduğuna görə, bütün insanlar, həmçinin hamilələr və yeni doğulan körpələrdə istifadəsi zərərsizdir. USM ultradalğalı şüaların köməyi ilə həyata keçirilən tibbi müayinə növüdür. Rentgen şüaları kimi, ultradalğalı şüalar da toxumaların arasından keçir və sonra da əks olunur. Əks olunduqda bu şüalar monitorda müəyyən təsvirlər yaradır. Bu təsvirlərə əsaslanaraq həkim pasiyentin orqanlarının və toxumalarının vəziyyətini qiymətləndirir. Ultrasəs müayinə qarın boşluğu orqanları, böyrəklər, kiçik çanaq orqanları və qalxanabənzər vəzin müayinəsinə ehtiyac olduğu zaman həyata keçirilir.

 Ümumiyyətlə, gələcəkdə hər birimizin rastlaşma ehtimalı olan ağır xəstəliklərə vaxtında diaqnozun qoyulması və tez aradan qaldırılması üçün hər bir şəxs ildə bir dəfə “check-up”dan keçməlidir ki, USM də bu zaman vacib müayinələr sırasındadır. USM təhlükəsiz müayinə metodudur və çoxsaylı xəstəliklərin müayinəsində, habelə müalicənin effektivliyinin monitorinqində geniş istifadə olunur. Hamiləliyin gedişini izləmək üçün bu metod əvəzedilməzdir. Doppleroqrafiya isə doppler effektinə əsaslanan müayinə üsuludur. Doppler müayinə yeni nəsil ultrasəs cihazları ilə aparılır.

USM ən təhlükəsiz, dəqiq və sürətli diaqnostika metodudur. Ana olmuş hər bir qadın gələcək övladının cinsinin müəyyənləşdirilməsində USM-in rolunu yaxşı xatırlayır. Bu diaqnostika metodu rentgendən fərqli olaraq, daha dəqiq hesab olunur, belə ki, insan müayinə zamanı hərəkət etdikdə belə, görüntülər dəqiqliyini itirmir. 

Ultrasəs vasitəsilə kiçik çanaq və qarın boşluğu orqanlarını müayinə edirlər, onun vasitəsilə həmçinin, böyrək xəstəliklərini, qaraciyər, qalxanvari vəz, ürək, damar və limfatik düyünləri, hətta dəri altındakı törəmələri müayinə etmək mümkündür. Qarın nahiyəsində, ürək və ya “qadın orqanları”nda ağrılar, infeksion xəstəliklər, uzun müddət davam edən xroniki və ya kəskin xəstəliklər, şiş şübhəsi zamanı, inkişaf anomaliyaları və s. hallarda həkim USM müayinəsi təyin edə bilər.

Ultrasəs müayinəsi vasitəsilə orqanların strukturundakı dəyişiklikləri, böyrəklərdə, öd kisəsi və ya sidik kisəsində daşların olub-olmamasını, kistaları, ilk dövrlərdə hamiləliyi, eləcə də dölün cinsini və s. müşahidə etmək olar.

Pasiyenti diqqətlə dinləyən həkim oyanıqlığın artması, səbəb olmadan çəkinin artması və ya azlaması, ümumi halsızlıq və ya dərinin vəziyyətnin pisləşməsini müşahidə edərsə, həkim pasiyenti USM müayinəsinə yönəldə bilər.    

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment