1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi, uzman uşaq cərrahı Vüsal Cəfərov
15.08.2023

Uşaqlarda qasıq yırtığı: diaqnostikası və müalicəsi

Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi, uzman uşaq cərrahı Vüsal Cəfərov uşaqlarda qasıq yırtığı ilə bağlı tez-tez verilən sualları cavablandırıb.

- Vüsal həkim, uşaqlarda ən çox qarşılaşdığınız cərrahi xəstəliklər hansılardır?

- Uşaqlar arasında qasıq yırtığı ən yayılmış cərrahi xəstəliklərdən biridir. Ən çox əməliyyat etdiyimiz uşaq cərrahi xəstəlikləri qasıq kanalı patologiyalarıdır. Bunlara qızlarda və oğlanlarda qasıq yırtığı, oğlanlarda Hidrosel (su yırtığı) və bunun qızlarda qarşılığı Nuck kanal kisti (çox nadir hallarda), oğlanlarda Kord kisti və kriptorxizm (enməmiş xaya) daxildir.

- Qasıq yırtığı nədir və necə əmələ gəlir?

- Bildiyimiz kimi, oğlanlarda xayalar 7-ci aydan etibarən qarın içindən xayalığa doğru enməyə başlayır. Xayanı endirən gubernakulum adlı toxuma qasıq kanalına girdiyi zaman özü ilə birlikdə peritonu da xayalığa qədər endirir və nəticədə xayalıqla qarın boşluğu arasında bir əlaqə əmələ gəlir. Xayalar təqribən 35-38-ci həftələr arasında xayalığa enirlər. Enmə prosesinin arxasınca qarın boşluğu ilə xayalıq arasında əlaqə kəsilir - prossesus vaginalis bağlanır.

Qızlarda isə uşaqlığın girdə bağı kanala girdikdən sonra qarın boşluğu ilə əlaqə kəsilməlidir. Bəhs etdiyimiz qarın boşluğu ilə olan əlaqə kəsilməzsə, qarın içi orqanlar - oğlanlarda ən çox nazik və qalın bağırsaqlar, piylik, qızlarda isə yumurtalıq, yumurtalıq boruları və piylik qarın boşluğundan peritonun açıq qalmış çıxıntısı vasitəsilə qasıq kanalına keçərək yırtıq əmələ gətirirlər.

Qasıq yırtığı oğlanlarda qızlardan təqribən 8-10 dəfə çox rast gəlinir.Adətən 60% sağ tərəfli, 30% sol tərəfli, 10% isə iki tərəfli olur.

- Risk faktorları barədə nə deyə bilərsiniz?

- Peritonun yataq çıxıntısının - prosessus vaginalisin açıq qalmasının səbəbi tam olaraq bilinməməkdədir. Normal doğuş populyasiyasında qasıq yırtığı 1/100 təşkil edir. Ancaq yarımçıq doğulan uşaqlarda bu rəqəm 30%-ə kimi yüksələ bilər.

- Qasıq yırtıqlarını hamiləlik müddətində aşkarlamaq və qarşısını almaq mümkündürmü?

- Xeyr, qasıq yırtığının hamiləlik dövründə diaqnostikasının heç bir əhəmiyyəti yoxdur və hamiləlik müddətində qarşısını almaq hələ ki, müasir tibbdə mümkün deyil.

- Qasıq yırtığı diaqnozu necə qoyulur?

- Qasıq yırtığının diaqnozunu adətən ailələr özləri qoyurlar. Qasıq nahiyəsində şişlik olması səbəbi ilə xəstəxanaya gətirirlər. Ətraflı toplanmış anamnez və diqqətlə edilən muayinə sonrasında diaqnozu təsdiqləmək mümükündür. 

- Uşaqlarda qasıq yırtıqları necə və hansı yaşda müalicə olunmalıdır?

- Qasıq yırtığının müasir tibbdə tək müalicə metodu cərrahi əməliyyat ilə kanalın bağlanmasıdır. Bəzi hallarda ailələrin özləri tərəfindən və ya başqa birisinin yalnış məsləhəti ilə şişlik olan nahiyəni bandaj və ya sarğı ilə bağlamağa çalışırlar. Ancaq bu manevranın heç bir faydası olmamaqla yanaşı, eyni zamanda çox təhlükəlidir. Kisə içərisinə girən orqanların mexaniki olaraq sıxılmasına səbəb olduğu üçün ciddi fəsadlara yol açır.

Əməliyyat yaşına gəlincə, qasıq yırtıqlarının müalicə protokolunda yaş və gözləmə taktikası yoxdur. Qasıq yırtıqları ilə bağlı bizə iki şəkildə müraciət edirlər. Ya boğulmuş, reduksiya edilə bilməyən, yəni inkarserasiya və ya geçikmiş strangulasiya (işemiyanın və nekrozun başlanması) mərhələsində - bu vəziyyətdə yaş, yanaşı xəstəlik və s. nəzərə alınmadan xəstə təcili əməliyyat edilməlidir.

- Əməliyyata hazırılıq və əməliyyat sonrası təqib necə aparılır ?

- Xəstənin əməliyyatdan öncə qan analizlərinə baxılır, əməliyyat ümumi anesteziya ilə icra edildiyi üçün əməliyyatdan öncə anestezioloq tərəfindən müayinə olunur. Əməliyyat günü isə səhər tezdən 5 saat ac olaraq xəstəxanaya gətirilir. Şöbəyə yatızdırılır və qlukoza tərkibli sistem qoşulur. Əməliyyatdan 2 saat sonra qidalandırılır və adətən axşama doğru evə göndərilir. Əgər uşaq yarımçıq doğulmuşsa, o zaman bir gün xəstəxanada saxlanılmalıdır. Xəstə 3 gün sonra kontrol muayinəyə çağırılır və yara sarğısı açılır. Bundan sonra isə 3 həftə, 3 ay və 6-cı aylarında müayinəyə çağırılır.

-Vüsal həkim, maraqlı müsahibəyə görə təşəkkürümüzü bildiririk.

Müsahibəni apardı: Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi Dilarə Zamanova

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment