1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının Urologiya şöbəsinin uzman həkimi Samir Ağalarov
11.08.2023

“Həkim məsləhəti” rubrikasında Mərkəzi Gömrük Hospitalının Urologiya şöbəsinin uzman uroloqu Samir Ağalarov “Kişi sonsuzluğu, mikroskopik varikosel müalicəsi” mövzusunda məlumat verib.

Sonsuzluq günümüzdә getdikcә yayılan bir problemdir. Kişiyə bağlı olan sonsuzluğun bir çox fərqli səbəbləri ola bilər. Genetik problemlər, doğum zamanı yaranan anormallıqlar, hormonal səbəblər, kimyəvi faktorlar, iltihaba bağlı xəstəliklər, varikosel və cərrahi əməliyyatlar sonsuzluq səbəblərinin önündə gəlir.

Qidalanma vərdişləri və həyat tərzi də kişi sonsuzluğunun yaranmasında əhəmiyyətli rol oynayır. Siqaret və spirtli içki qəbulu, əzələ inkişaf etdirən dərmanlar, çox isti şəraitdə və ya kimyəvi maddəyə məruz qalınan iş şəraiti və artıq çəki də sonsuzluğa səbəb ola bilər.

Varikosel kişi sonsuzluğunun əsas səbəblərindən biridir. Varikosel (kişilərdə xaya damar genişlənməsi) spermaztozoidlərin aktivlik faizini aşağı salır. Uşaqlarda və yeniyetmələrdə varikoselin olması xayaların inkişafını ləngidir və nəticədə spermatogenezi dayandırır. Varikosel uzun müddət davam etdikcə, mənfi təsiri də bir o qədər böyük olur, bunu nəzərə alaraq varikosel diaqnozu qoyulan zaman, mikroskopik əməliyyata göstəriş olan pasiyentlərin qısa zaman içərisində müalicə olunmaları tövsiyə olunur. Varikosel, kişilərdə ən çox qarşılaşdığımız və mikroskopik cərrahiyyə ilə müvəffəqiyyətli nəticələr aldığımız sonsuzluq səbəbidir. Hətta iseminasiya  planlanan cütlükdə varikoselin olması mayalanma qabiliyyətini azaldır. 

Varikosel xayalardan çirklənmiş qanı geri daşıyan damarların hədsiz genişlənməsi nəticəsində qanın geri axmasıdır. Nəticədə xayalarda qan dövranının pozulması skrotal temperaturun artması və toksik maddələrin artması səbəbindən spermatogenezin pozulmasına sonsuzluğa səbəb olur. Bəzən varikosel olan xaya və xaya ətrafı nahiyədə ağrı olur.

Varikosel müalicə edilə bilən bir patologiyadır. Spermaqrammada olan dəyişikliklər qeyd olunur, ən az 2 patoloji spermaqrammanın olması, infertil (sonsuzluq) şikayətinin olması, hormonlardakı dəyişikliklər, əsasən FSH (follikul stimullaşdırıcı hormon) və T-nin (testosteron) miqdarının dəyişməsinə diqqət yetirilməlidir. Yüksəlmiş FSH zamanı varikoselin müalicəsi çox az effektli olur. Əllə müayinə edilən bütün varikosellər müalicə edilməməlidir. Söylənilən halların kompleks halda görüldüyü zaman varikosel müalicə edilməlidir. Uşaqlar və yeniyetmələrdə isə varikosel olan xayanın digərinə nisbətən 20% həcm itkisinin olması müalicəyə göstərişdir.

Varikoselin medikal (dərman) müalicəsi yoxdur, yeganə müalicəsi cərrahi üsulladır. Bu günə qədər bir neçə cərrahi üsullardan istifadə edilmişdir, lakin son illərdə dünyanın qəbul etdiyi yalnız mikroskopik cərrahiyyədir, mikroskopik əməliyyat 99%-ə qədər effektlidir. Varikosel mikrocərrahiyə təcrübəsi olan uroloq-androloq tərəfindən aparılmalıdır.

Qasıq nahiyəsində kiçik bir kəsiklə əməliyyata başlanılır, 8 dəfə böyütmə qabiliyyətinə malik mikroskop altında genişlənmiş damarlar bağlanılır. Əməliyyatdan sonra iki günlük istirahət və bir müddət cinsi əlaqədən qorunma kifayət edir. Əməliyyatdan 3 ay sonra ilk spermaqrammanın, 6 ay sonra 2-ci analizin verilməsi tövsiyə olunur. Hamiləliklərin böyük əksəriyyəti əməliyyatdan 5-6 ay sonra olur.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment