1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d., əməkdar həkim, ürək-damar cərrahı Rəşad
10.08.2023

“Həkim məsləhəti” rubrikamızda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d., əməkdar həkim, ürək-damar cərrahı Rəşad Mahmudov “Sünnətin faydaları. Anadangəlmə qüsurlu uşaqlarda sünnətin fəsadları” barədə məlumat verib.

Tədqiqatlar göstərir ki, həyatının ilk ilində, sünnət olunmamış oğlan uşaqları arasında sidik yolları infeksiyasının əmələgəlmə ehtimalı sünnət olunmuş oğlan uşaqları ilə müqayisədə 10 qat daha yüksəkdir. Sünnət dərisi iltihabi dəri xəstəliklərinin yaranmasına da əlverişli şərait yaradır. Belə ki, balanit, balanopostit, fimoz, parafimoz kimi problemlər sünnətsiz uşaqlarda daha çox müşahidə olunur.  Sünnət prosesini başa vurmuş, cinsi aktivlik yaşına çatan kişilərdə isə QİÇS, HPV, Sifiliz, Herpes kimi cinsi yolla keçən xəstəliklərə yoluxma riski sünnətsizlərə nisbətən az olur.  Sünnət kişilərdə cinsiyyət orqanının xərçəngi riskini azaldır. 

Sünnət faydalıdır, amma sünnət üçün ən əhəmiyyətli məsələ odur ki; sünnət əməliyyatı cərrahi prinsiplərə əməl edilərək, təcrübəli  həkim tərəfindən yerinə yetirilməlidir. Son vaxtlar oğlan uşaqlarında sünnət əməliyyatından sonra fəsadlar müşahidə edililmişdir, bununla bağlı valideynlər həkimləri günahlandırırlar və qınayırlar. İlk növbədə qeyd etmək istəyirəm ki, normal kişi cinsi orqanında icra olunan sünnət əməliyyatlarında sidik kanalı ilə əlaqəli heç bir mərhələ yoxdur. 

Bəzi anadangəlmə qüsurlarda (hipospadias - peyğəmbər sünnətli) isə vəziyyət fərqli olur. Onlarda normal uşaqlardan fərqli olaraq sidik kanalı yerində olmayıb, patoloji olaraq fərqli yerə açılmaqdadır. Bu əməliyyata isə sünnət deyilmir.  Hipospadias əməliyyatlarının ağırlığından asılı olaraq 3-7 faiz ağırlaşma ehtimalı olduğu bütün ölkələrdə, hətta Amerikada belə mövcuddur. Yəni, riyazi hesabla hər 100 qüsurlu uşaqdan ötrü 7 amerikalı həkim kütləvi ictimai təhqirə və qınağa məruz qalmalıdır.

Ona görə də, sünnətdən qabaq uşağın anadangəlmə hipospadias qüsuru olub-olmadığını müəyyənləşdirmək, bu barədə onun valideynlərinə məlumat vermək mütləqdir. Belə olmayanda əməliyyatı icra edən həkimlər qınaq obyektinə çevrilir. Bu barədə ekspertlər insanlar arasında maarifləndirmə işi aparmalı, anadangəlmə qüsurlu uşaqların valideynlərinə sünnət haqqında bilgilər verilməlidir.

Bir həkim kimi tövsiyəm budur ki, oğlan uşaqlarının valideynləri körpələrini sünnətdən əvvəl müayinə etdirməli, uşaqlarında qüsur aşkarlandıqda əvvəl onu aradan qaldırmalıdırlar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment