1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Əkin sahələri üzrə aqrar sığorta ödənişləri necə verilir? – Göyçayda regional tədbir keçirildi
08.08.2023

Göyçay rayonunda “Dayanıqlı fermer fəaliyyəti üçün aqrar sığorta” mövzusunda regional tədbir keçirilib. 

Aqrar Sığorta Fondu, Göyçay rayon İcra Hakimiyyəti və Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə Mərkəzi Aran iqtisadi rayonunda aqrar sığortanın tətbiqi, ölkədə baş verən təbii fəlakət və fermerlərə ödənişlər, bu sahədə gözlənilən yeniliklər müzakirə edilib. 

Tədbirdə Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov bildirib ki, aqrar sığorta dövlətin fermerlərə dəstək tədbirlərinin davamıdır. Belə ki, aqrar sığorta haqqının 50%-in fermerlərə dəstək üçün dövlət özü ödəyir. 

Onun sözlərinə görə, 2022-ci ildə Mərkəzi Aran Regionunda fermer və təsərrüfatlara 350 min manata yaxın, 2023-cü ilin ilk yarısında isə 260 min manat sığorta  ödənişi edilib. 

Fond sədri bildirib ki, havaların qeyri-sabit keçməsi, leysan yağışları, sel və daşqınlar səbəbindən sığorta hadisələri ötən ilə nisbətən  kəskin artıb. Bu hadisələr nəticəsində fermerlərə dəyən zərərin ödənilməsinə növbəti həftələrdə başanılacaq. 

Göyçay rayon icra hakimiyyətinin başçısı Natiq Əliyev rayonda kənd təsərrüfatının rolunu qeyd edərək, fermer və təərrüfatların dayanıqlı inkişafı üçün  aqrar sığortanın vacibliyini bildirib. Onun sözlərinə görə, aqrar sığortanın daha da genişlənməsi  yeni məhsulların sığortalanmasına da şərait yarada bilər.

Tədbirdə iştirak edən fermer və təsərrüfat sahibləri buğda, arpa, nar, xurma və digər meyvələrin sığortası, aqrar sığorta ekspertlərinin fəaliyyəti, sahələrə baxış və sair ilə bağlı suallarını və təkliflərini səsləndiriblər. 

Tədbirdə qeyd edilib ki, əkin sahələrində sığorta hadisəsi baş verəndə əraziyə  iki dəfə ekspert baxışı keçirilir və dəyən zərər dəqiq müayyən olunaraq ödəniş edilir.  

Görüşdə fermerlərə Aqrar Sığorta Fondunun elektron yenilikləri – «Aqrar Sığorta Kalkulyatoru» və «Sığorta şəhadətnaməsini yoxla» xidmətləri barədə məlumat verilib. Bildirilib ki, istənilən fermer bu xidmətlər vasitəsilə sığorta haqqını hesablaya və sığorta şəhadətnəməsini yoxlaya bilər. 

Tədbirdə iştirak edən müstəqil aqrar sığorta eksperti Rəşad Məmmədov fermerlərin əkin sahələrinin aqrar sığortası ilə bağlı suallarını cavablandırıb. 

Regional görüşdə Mərkəzi Aran regionunda aqrar sığortanın tətbiqinə dəstək olan şəxslərə təşəkkürnamələr təqdim edilib. 

Tədbirdən sonra Göyçay rayonunun Üngütlü kəndində nümunəvi təsərrüfata, meyvə bağına baxış keçirilib.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment