1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Medinex” və “Beauty Azerbaijan” sərgiləri 2-4 noyabr tarixlərində keçiriləcək
02.08.2023

Bu il 2-4 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində 3-cü Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları “Medinex” və 3-cü Azərbaycan Beynəlxalq Gözəllik İndustriyası “Beauty Azerbaijan” sərgiləri keçiriləcək.

Bu sərgilər yenidən sənaye mütəxəssislərinə və sahibkarlara işgüzar əlaqələri inkişaf etdirmək və yeni əlaqələr qurmaq, aktual məlumatlar mübadiləsi aparmaq və sərfəli müqavilələr bağlamaq imkanı yaradan səmərəli müstəvi rolunu oynayacaqdır.

“Medinex” Azərbaycanda səhiyyə mütəxəssislərini bir araya gətirən mühüm və nüfuzlu tibbi tədbirdir.  Sərgidə aparıcı yerli və xarici istehsalçılar və distributorlar ölkə klinikalarının təkmilləşdirilməsinə, istehslakçıların tələblərinin ödənməsinə və müalicənin effektivliyinin artırılmasına kömək etmək üçün öz yeni məhsul və xidmətlərini təqdim edəcəklər.

İştirakçı ölkələr arasında Azərbaycan, Türkiyə, Rusiya Federasiyası, Belarus, Qazaxıstan, Səudiyyə Ərəbistan, Koreya Respublikası və s. kimi ölkələr yer alır. Sərginin ekspozisiyası müxtəlif ölkələrdən tibb sahəsinin aparıcı şirkətlərini – “Arash Medical Company”, “AS-Medical”, “LABSERVIS LTD”, “IHG” (International Health Group), yerli istehsalçılardan isə “Biopharmax AFEZCO” və s. kimi şirkətləri bir araya gətirəcək.

Sərginin tibbdə informasiya texnologiyaları, tibbi texnika və avadanlıq, tibbi məhsullar, dərman vasitələri, vitaminlər və bioloji aktiv əlavələr, ortopedik məhsullar, stomatoloji avadanlıq və alətlər, stomatoloji xidmətlər, optika və oftalmologiya, laboratoriya avadanlıqları və texnologiyaları, tibb müəssisələri üçün avadanlıq, tibbi turizm, yaşlı nəsil üçün məhsullar, dietologiya, tibbi təhsil, sanitar nəqliyyat bölmələri üzrə təşkil olunması nəzərdə tutulur. 

Azərbaycan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Medinex” 2023 sərgisində öz iştiraklarını təsdiqləmiş və sərginin rəsmi dəstəkçisidirlər.

“Medinex” sərgisi ilə birgə gözəllik industriyası sərgisi "Beauty Azerbaijan"  keçiriləcək. Belə ki, sərgi çərçivəsində “SPA & Welness”, kosmetologiya və estetik tibb üçün məhsullar, parfumeriya, şəxsi gigiyena vasitələri, təbii kosmetika, dekorativ kosmetika, peşəkar kosmetika, salon avadanlıqları, dırnaq xidmətləri üçün vasitə və alətlər, saça və bədənə qulluq vasitələri kimi sektorlar üzrə məhsul və xidmətlərin nümayişi gözlənilir.

“Medinex” və "Beauty Azerbaijan" sərgiləri çərçivəsində tibbin müxtəlif sahələrindən mütəxəssislərin iştirak edəcəyi işgüzar tədbirlərin keçirilməsi nəzərdə tutulub. Sərgilər çərçivəsində ənənəvi olaraq, yerli və xarici sahibkarların iştirak edəcəyi işgüzar B2B görüşlərinin keçirilməsi planlaşdırılır. Beləliklə, beynəlxalq iştirakçıların da yer alacağı “Medinex” və "Beauty Azerbaijan" sərgiləri sənaye mütəxəssislərini eyni platformada bir araya gətirmək, işgüzar əlaqələri gücləndirmək və satış coğrafiyasını genişləndirmək üçün əla fürsət yaradır. 

Ötən il keçirilən tədbirə 12 müxtəlif ölkədən − Azərbaycan, Belarus, Danimarka, Əlcəzair, İsveçrə, İtaliya, Pakistan, Qazaxıstan, Rusiya Federasiyası, Sloveniya, Türkiyə və Yaponiyadan 92 şirkət qatılmış, ümumilikdə isə sərgini 6000-dən artıq insan ziyarət etmişdir. Bundan başqa sərgi daxilində bir sıra spikerlərin aktual mövzularla bağlı sessiyaları keçirilmişdir.

Sərgilərin təşkilatçısı Caspian Event Organisers şirkətidir.

Sərgilərlə bağlı məlumatı sərgilərin internet səhifələrindən və sosial şəbəkə hesablarından əldə etmək mümkündür: www.medinex.az, www.beautyexpo.az 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment