1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Neft və qaz


SOCAR-ın prezidenti Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin birinci müavini ilə görüşüb
01.08.2023

01 avqust 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin birinci müavini Romeo Mikautadze ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında əməkdaşlıq əlaqələrinin iqtisadiyyatın bütün istiqamətlərində, o cümlədən enerji sahəsində uğurla inkişaf etdiyi bildirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ötən il Gürcüstana, Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin isə cari ildə ölkəmizə qarşılıqlı səfərlərinin strateji tərəfdaşlıq münasibətlərinin inkişafına yeni təkan verdiyi bildirilib.

Görüş çərçivəsində birgə həyata keçirilən enerji və nəqliyyat layihələrinin hər iki ölkənin davamlı iqtisadi inkişafını gücləndirməklə yanaşı, regionun və Avropanın enerji təhükəsizliyinə dəyərli töhfə verdiyi vurğulanıb.

Bu xüsusda 2022-cü ildə Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlığa dair Sazişin imzalanmasının əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açdığı diqqətə çatdırılıb.

Görüşdə, həmçinin SOCAR-ın Gürcüstandakı uğurlu fəaliyyətindən məmnunluq ifadə edilib, neft-qaz, bərpa olunan enerji sahələrində mövcud və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment