1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı uzman həkimi Bəhruz Xalıqov
01.08.2023

Mərkəzi Gömrük Hospitalının Urologiya şöbəsinin rəisi, yüksəkixtisaslı uzman uroloq Bəhruz Xalıqov “Həkim məsləhəti” rubrikasında “Böyrəkdə daş: yaranma səbəbi, simptomlar” mövzusunda məlumat verib.

Böyrək daşı adətən sidiyin, sidik yollarına keçməzdən əvvəl toplandığı böyrəyin orta hissəsində meydana gəlir. Böyrək daşı xəstəliyi - xroniki, təkrarlanan metabolik xəstəlikdir. Sidik kalsium və sidik cövhəri kimi müəyyən maddələrin kristallaşması və bu kristalların vaxt keçdikcə birləşməsi nəticəsində daş yaranır.

Kiçik daşlar hər hansı bir problemə səbəb olmadan bədəni tərk edir. Böyük daşlar isə sidik kisəsinə doğru irəliləyərkən sidik axarına zərər verə bilər. Əgər daş sidik axarını tutubsa, o halda sidik axını zəyifləyər və belə hallarda ağrı meydana gələ bilər.

Böyrək daşları daha çox, gənc və orta yaşlı insanlarda görülür. Kişilərdə qadınlara nisbətən daha sıxdır. İsti bölgələrdə yaşayan insanlarda böyrək daşı əmələ gəlmə riski daha yüksəkdir.

Böyrək daşı olan insanlarda böyrək daşının təkrarlanma ehtimalı yüksəkdir. Bu səbəblə, böyrək daşının səbəbini müəyyən edərək yenidən yaranmasını əngəlləməyə çalışılmalıdır.

Böyrək daşı xəstəliyinin əsas yaranma səbəbi maddələr mübadiləsinin pozulmasıdır. Bu zaman yaranan əriməyən duzlar daşları yaradır. Daşların sayı və yerləşmə yeri müxtəlif ola bilər.

Böyrək daşı xəstəliyinin yaranmasına qida faktorları da səbəb ola bilər. Məsələn, pis və çirkli su, eyni cür qidalanma, regionun iqlim şərtləri, çox isti iqlim, müəyyən tibbi preparatlar, sidik sisteminin anomal inkişafı, hiperparatireoz, A və D vitamininin çatışmazlığı, sidik sisteminin xroniki soyuqdəymə xəstəliyi (pielonefrit, sistit) və eyni zamanda irsi faktor.

Daşın yerləşmə yerindən asılı olaraq pasiyentdə müxtəlif simptomlar üzə çıxa bilər. Bu xəstəlik üçün əsas simptomlar bunlardan ibarətdir:

-Kəskin ağrılar. Daş böyrəkdə yuxarı kanalda olanda bir qayda olaraq bel və qabırğa altından kəskin ağrı verir. Ağrı həm kəskin, həm də küt ola bilər. Sancılar arasında 20-60 dəqiqə intensivlik də ola bilər. Bəzən fiziki gərginlik, bol miqdarda maye qəbulu və sidikqovucu dərmanlar bu ağrını dəf edir. Daşın kanalda hərəkəti ilə bağlı olaraq ağrı da dəyişir. Ağrı qurşaqdan qarına, qarın altına, xayalara, budun daxili nahiyəsinə keçir. Bu zaman paralel olaraq tez-tez sidiyə getmə də baş verir. Vacib olan faktor odur ki, böyrək daşı xəstəliyini kəskin kor bağırsaq, kəskin xolesistit, kəskin pankreatit, bağırsaq keçməzliyi, qrıja, ektopik hamiləlik, mədə xorası, on iki barmaq bağırsağın xoası kimi kəskin xəstəliklərlə dəyişik salmayasınız. Bu səbəbdən də sözügedən simptomlarla qarşılaşan kimi dərhal həkimə müraciət edin və problemin səbəbini müəyyən edin.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment