1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin cərrah-transplantoloqu, m.r.c.s., Dr. Kamran Beydullayev
31.07.2023

Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin cərrah-transplantoloqu, m.r.c.s., Dr. Kamran Beydullayev  “Həkim məsləhəti” rubrikasında “Qaraciyər və böyrək transplantasiyasında donor seçimi” mövzusunda məlumat verib.

Qaraciyər transplantasiyası, qaraciyər köçürülməsi donordan götürülmüş tam qaraciyər və ya onun bir hissəsinin resipiyentə – qaraciyər patologiyalı xəstəyə cərrahi yolla köçürülməsi əməliyyatıdır. Qaraciyər transplantasiyasını tələb edən hallar əsasən anidən inkişaf edən kəskin və xroniki olaraq iki hissəyə ayrılır: 

Kəskin qaraciyər çatışmazlığı: Qaraciyər transplantasiyasını tələb edən prioritet xəstə qrupudur, çünki bu xəstələr sağalmazlarsa, ölə bilərlər. Bu vəziyyətdə olan xəstələrin xəstəliyinin gedişatının necə davam edəcəyini təxmin etmək çox çətin olduğundan, həmin xəstələr zəruri hallarda dərhal qaraciyər köçürə biləcək orqan transplantasiyası mərkəzinə yönləndirilməlidirlər. 

Xroniki qaraciyər çatışmazlığı (sirroz): Sirrozla yanaşı sarılıq, varikoz qanaxmalar, assit - qarın boşluğunda maye toplanması, ensefalopatiya, sirrozla əlaqədar böyrək xəstəliyi, infeksiya və qanaxma pozğunluqları kimi kliniki əlamətlər transplantasiyanı tələb edir.

Qaraciyər transplantasiyasının çox önəmli hissələrindən biri də qan alıcı ilə vercinin qan qrupunun uyğun olmasının vacibliyidir. Ailə üzvlərindən və ya yaxınlardan kimsə qaraciyərinin bir hissəsini xəstəyə bağışlaya bilərsə, həmin qaraciyərin bir hissəsi alıcıya transplantasiya edilir.

Canlı donor, alıcının qan qohumu olmaya bilər, amma qan qrupu mütləq uyğun olmalıdır. Donor sağlam vəziyyətdə olmalıdır və orqan bağışlanmasını könüllü həyata keçirməlidir.

Donor xəstə üçün uyğundursa, donor dəyərləndirilməsi həyata keçiriləcək. Donor dəyərləndirilməsi bitdikdən sonra transplantasiyanın həyata keçirilib-keçirilməməsi məsələsinə həkimlər qərar verəcək. Çox vaxt canlı donor uşaq xəstələr üçün yeganə çıxış yolu olur. Təcili hallarda qan qrupu uyğun olmayanlar arasında da transplantasiya həyata keçirilə bilər, amma bu zaman qaraciyər ölçüsünün uyğun olması vacibdir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment