1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Yelo Bankın dəstəyi ilə növbəti "Yay düşərgəsi" Şamaxıda təşkil olunub
28.07.2023

Yelo Bank ölkəmizdə, xüsusilə regionlarda uşaq futbolunun inkişafı üçün təşəbbüskar addımlarını davam etdirir.  Bankın dəstəyi, Futbolun İnkişaf Fondu və “Şamaxı” Futbol Klubunun birgə təşkilatçılığı ilə növbəti "Yay düşərgəsi" Şamaxıda baş tutdu. Yeddi gün davam edən düşərgə zamanı məktəblilərə vacib həyat bacarıqları təlimi keçirilib, ətraf-mühitin qorunması, şəxsi gigiyena, yol hərəkəti və yanğın təhlükəsizliyi qaydaları haqda müvafiq sahənin mütəxəssisləri tərəfindən məlumat verilib. Həmçinin, iştirakçılara müasir texnologiyalarla bağlı təlim keçirilib. Bununla yanaşı, uşaqlar Azərbaycan və dünya flora və faunası haqqında məlumat əldə etdikdən sonra Şamaxı Üzüm Tingçilik Mərkəzində müxtəlif meyvələr əkiblər.  

Düşərgə zamanı iştirakçılar xüsusi hazırlanmış futbol təlimlərində iştirak ediblər. İştirakçılara futbol qaydaları barədə məlumat vermək üçün peşəkar futbol hakimi dəvət olunub. Düşərgə müddətində uşaqlar üçün Şamaxı Astrofizika Rəsədxanası və Şamaxı Safari Parkına ekskursiyalar təşkil olunub. Düşərgə əyləncə proqramı və iştirakçılara sertifikatların təqdim olunması ilə yekunlaşıb.

Məlumat üçün bildirək ki, bu layihə daha əvvəl Naxçıvanda aztəminatlı ailələrin övladları üçün təşkil olunmuşdu. Yelo Bankın əsas məqsədi uşaq yaşlarından idmana sevgini artırmaq, peşəkar uşaq futbolunun inkişafına dəstək olmaqdır.

Mikro biznes krediti (https://www.yelo.az/az/business/loans/micro-loans/) haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın. 

Yelo Bank – Parlaq bankçılıq!

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment