1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının Həkimi Samir Ağalarov
24.07.2023

“Həkim məsləhəti” rubrikasında Mərkəzi Gömrük Hospitalının Urologiya şöbəsinin uzman uroloqu Dr.Samir Ağalarov “Suyun faydaları” mövzusunda məlumat verib.

Suyun hansı faydaları var? Gün ərzində nə qədər su içmək lazımdır?

Su insan orqanizmi üçün çox vacibdir. Xüsusilə insan bədəninin 70%-i sudan ibarətdir. Suyun faydaları sonsuzdur. Böyrək daşı əmələ gəlməsinin qarşısını almaqla yanaşı, yoğun bağırsaq xərçənginə tutulma riskini də 45% azaldır. Gün ərzində tərləmə, nəfəs alma və sidiyə getmə səbəbi ilə təxminən 10 stəkan suyun xaric olduğunu nəzərə alaraq, gündə 2 litrdən çox su içilməsinin önəmli olduğunu bilməliyik. Bu da 8 stəkandan çox su deməkdir.

Sağlam bir bədəndə həddindən artıq suya ehtiyac yarandıqda və bu vəziyyət aradan qaldırılmadıqda, bəzi hormonlar aktivləşir və qandakı maye miqdarının azalması səbəbindən yaranan impulsları beyinə ötürür. Susuzluğumuzu yatırmadığımız zaman dilimiz və boğazımız quruyur, damaq badamcıqlarımız azca şişir. Bədənimizdəki duz nisbəti yüksəlir və antidiuretik hormon ifraz olunur. Böyrəklər tərəfindən idarə olunan bu hormon bədəndə su saxlamağa çalışır.

Sağlam vücuda sahib yetkin insan müəyyən müddət aralığında 2.5 litr maye itirir ki, bunun 1.5 litri ifrazla, təxminən 1 litri nəfəs alma, tərləmə və oynaq hərəkətləri ilə olur. İtirilən mayenin təqribən 20 faizi gün ərzində qəbul etdiyimiz qidalar sayəsində bərpa olunur. Qalan 2 litr su ehtiyacını isə gün ərzində su içərək doldurmaq sağlam vücuda sahib olmağımızı təmin edəcəkdir.

Kişi bədəni və metabolizmi qadın orqanizmindən fərqlənir. Müvafiq olaraq da, kişilərin qəbul etməli olduğu su miqdarı gündə təxminən 3 litr, qadınlarda isə bu miqdar təxminən 2 litrdir. Su miqdarı sadəcə cinsə görə deyil, yaşa və çəkiyı görə də dəyişən bir amildir. Ümumi orta hesabla isə gün ərzində 2 litr su içmək metobalizmanızı sürətləndirərək sizi sağlam bir vücuda sahib edəcəkdir.

Su azlığı hansı fəsadları yaradır?

İnsanda gücsüzlük, halsızlıq və bədənin performansı sürətlə azalır, təzyiqin aşağı düşməsinə səbəb olur. Suyu az içdikdə qan öz axıcılığını itirir və qatılaşır. Odur ki, əgər bədəndə  su çatışmazlığı varsa, qan normadan çox laxtalanır və bu da orqanlara çox az miqdarda oksigen və qida maddəsi çatdırılmasına səbəb olur. Bunun nəticəsində də yorğunluq, halsızlıq, enerji azlığı, səhərlər oyana bilməmək kimi problemlər ortaya çıxır. Suyun bədəndəki digər bir funksiyası da bəzi vitamin, mineral və qida elementlərinin həzminə kömək etməsidir. Xüsusilə B qrupu vitaminlər və C vitamini ən önəmlilərindəndir.

Su oynaqlarınızın sürüşkənliyini təmin edərək oynaq ağrılarının qarşısını alır. Bədəndə yığılan toksinlərin kənar edilməsinin  ən yaxşı yolu – yenə də bol su içməkdir. Yeməkdən yarım saat əvvəl qəbul edilən su mədədə dolğunluq hissi yaradaraq daha az qida qəbul edilməsinə səbəb olur və deməli, kökəlmənin qarşısını alır. Suyun  bütün bu faydalarını öyrəndikdən sonra kifayət qədər su içməmək bədənimizə edəcəyimiz haqsızlıq, sağlamlığımıza verəcəyimiz zərər olacaqdır.

Kimlər suyu çox içməməlidir?

Bəzi ürək-damar problemləri olanlar, ağciyər problemi olan xəstələrdə məhdud miqdarda su içmə ola bilər.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment