1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Malların Daxildə Emal Xüsusi Gömrük Proseduru Altında Yerləşdirilməsi” Mövzusunda Sahibkarlarla Görüş Keçirildi
24.07.2023

“Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi”nin sadələşdirilməsi ilə bağlı Nazirlər Kabinetinin qərarında edilən son dəyişikliklərlə bağlı sahibkarlar üçün görüş keçirilib.

İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının  təşkilatçılığı ilə keçirilən görüşdə Dövlət Gömrük Komitəsinin Baş İdarə rəisinin müavini Rauf Məmmədov, İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsinin müdir müavini Elxan Şiriyev iştirak ediblər.

Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov bildirib ki, ölkəmizdə istehsal olunan məhsulların 60%-i xaricdən alınan xammala əsaslanır. “Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə bağlı yeniliklər ixracda Azərbaycan məhsullarının rəqabətə davamlı olmasına imkan verəcək. Həmçinin depozit tələbinin ləğv olunması sahibkarların dövriyyə vəsaiti ilə bağlı müəyyən çətinliklərini aradan qaldıracaq”, – deyə V.Zeynalov vurğulayıb.

Dövlət Gömrük Komitəsinin Baş İdarə rəisinin müavini Rauf Məmmədov “Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi” ilə bağlı prosedurların sadələşdirilməsi və hazırda tələb olunan qaydalarla bağlı sahibkarlara məlumat verib. O, sahibkarları “şəxsi kabinet”dən aktiv istifadə etməyə çağıraraq, proseslərin daha da rahatlaşdırılması üçün göndərilən sorğulara cavab vermələrini xahiş edib.

“Dövlət Gömrük Komitəsi sahibkarlara partnyor kimi yanaşır. Biz gömrük əməkdaşlarının sahibkarlarla davranışına belə ciddi nəzarət edirik”, – deyə R.Məmmədov bildirib.

İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsi müdirinin müavini Elxan Şiriyev “Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nda edilmiş son dəyişikliklərin və ümumilikdə bu mexanizmin emal və xidmət sektorunun inkişafı, xüsusilə də ixrac fəaliyyətinin genişləndirilməsi üçün mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.

E.Şiriyev qeyd edib ki, hazırda əsas məqsəd ölkədə bu mexanizmdən istifadə edən sahibkarların dairəsinin genişləndirilməsi ilə məhsul ixracının artırılması, ölkənin qeyri-neft sektorunda istehsal, emal və xidmət sahələrinin inkişaf etdirilməsi və yeni iş yerlərinin yaradılmasıdır.

Görüşdə malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydaları, daxildə emal xüsusi gömrük proseduruna icazənin verilməsi və müraciət prosedurları ilə bağlı təqdimatlar edilib və sahibkarları maraqlandıran suallar cavablandırılıb.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment