|
|
|
Digər xəbərlər | | | Taleh Kazımov ABA nəzdində fəaliyyət göstərən Ekspert Qrupları ilə görüşmüşdür |
21.07.2023 | |
| |
Mərkəzi Bankın sədri Taleh Kazımovun 20.07.2023-cu il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən Ekspert Qrupları ilə görüşü keçirildi.
Görüşdə Banklararası Kart Mərkəzinin inkişaf hədəfləri, bank-fintex mühitinin tənzimlənməsi, mikro-biznes kreditlərinin verilməsinin sadələşdirilməsi, məsafədən bank hesablarının açılması, kiber risklərlə bağlı tənzimlənmə çərçivəsinin təkmilləşdirilməsi və digər məsələlər müzakirə edildi.
Həmçinin sadalanan sahələrin hüquqi tənzimlənməsi istiqamətində ətraflı fikir mübadiləsi aparıldı.
|
|
|
|