1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının funksionalisti Nigar Rəhmətova
20.07.2023

Mərkəzi Gömrük Hospitalının funksionalisti Nigar Rəhmətova “Həkim məsləhəti” rubrikasında “Stress test nədir?” mövzusunda məlumat verib.  

Stress test - pasiyentin ürəyinin iş yükünü hesablamağa imkan verir. Ürəyin fiziki yükə nə qədər dözümlü olub-olmamasını bilmək üçün həm sakit, dinc halda, həm də fiziki hərəkət zamanı test olunur. Bu test zamanı insan orqanizmi daha çox işlədikcə ürək daha çox qan vurmağa məcbur olur və daha çox enerji sərf olunur. Bu test ürəyi qidalandıran koronar arteriyalarda qan təchizatının pozulması olarsa, onu aşkar edər. Həmçinin, bu test bizə pasiyentlər üçün lazım olan fiziki aktivliyin dərəcəsini və səviyyəsini təyin etməyə kömək edir. 

İnsanlara hansı hallarda və nə zaman stress test etmək lazımdır?

Bu metoda 2 gün əvvəldən hazırlaşmaq lazımdır. Xəstənin şikayətlərinə görə kardioloq stress testini təyin edib, pasiyentə lazımi tapşırıqlarını verir. 1 sutka əvvəl xəstə bəzi preparatların, kofein tərkibli qidaların, içkilərin qəbulunu dayandırmalıdır.

Stress testi ürək-damar sistemi xəstəliklərinin araşdırılması, fiziki gərginlik ilə aritmiyaların meydana gəlib-gəlmədiyinin aşkar edilməsini, sinədə olan ağrı və təngnəfəsliyin ürəklə bağlı olub olmamasını, aparılan müalicənin effektivliyinin təyin edilməsini, fiziki gərginliyin arterial təzyiqin yüksəlməsinə nə dərəcədə təsir göstərdiyini, pasiyent kardio reabilitasiyaya və ya digər idman proqramına başlayarkən hansı səviyyədə bunu edəcəyini təyin edən bir müayinə üsuludur. Stress test istirahətdə EKQ-də təsbit edilməyən, lakin fiziki gərginlik sırasında meydana çıxan anormallıqları təyin etmək üçün dəyərli bir müayinədir. Radioaktiv indikatorlar vasitəsilə skan olunma – ürək tutmasını aşkar etmək üçün olunur. İnfarkt keçirmiş və ya keçirən, keçirmə riski olan xəstələr üzərində icra olunur. 

Test zamanı çəkilişlər həm ürək istirahət edəndə, həm də maksimum yüklənəndə, yəni stress halında çəkilir. Bununla da pasiyentin ürəyinin gərgin iş və yükə dözüb-dözməməsi təyin olunur və o əvvəlcədən ürəyi ilə işinin nə dərəcədə uzlaşdığını öyrənir. Həkim bu testə görə müalicə təyin edir, xəstəyə məsləhətlər verir, rejim seçir.

Ürəyi yoxlamaq üçün stress test adətən Tredmil adlanan qaçış zolağı üzərində, Veloerqometrlə və ya farmokoloji dərmanlarla aparılır.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment