1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


ABA prezidenti və İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın sədr müavini Zakir Nuriyev Şuranın növbəti iclasında iştirak edib
20.07.2023

Sahibkarların qarşılaşdıqları məsələlər və onların həllində dövlət-özəl sektor tərəfdaşlığının təmin edilməsi haqqında müzakirələr aparılıb.

İqtisadiyyat Nazirliyi yanında İctimai Şura iqtisadi sahədə fəaliyyət göstərən dövlət qurumları ilə müzakirələri davam etdirir. Növbəti belə tədbir 18 iyul 2023-cü il tarixində Sahibkarlığın İnkişafı Fondu (SİF) ilə keçirilib.

Görüş zamanı Fondun güzəşt mexanizmləri, sahibkarlar üçün sərfəli biznes kreditlərinin təmin edilməsi və qarşılıqlı öhdəliklərin nizamlanması prosedurları ətraflı müzakirə edilib.

Həmçinin, SİF-in aidiyyəti qurumlar və sahibkarlarla kommunikasiya əlaqələrinin qurulması mexanizmləri diqqətə çatdırılıb, normativ hüquqi sənədlər hazırlanarkən fond və sahibkarlar arasında əməkdaşlığın əhəmiyyəti qeyd edilib.

Müzakirələr şəraitində keçən görüşdə müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarların qarşılaşdıqları məsələlər və onların həllində dövlət-özəl sektor tərəfdaşlığının təmin edilməsi, problemli kreditlər zamanı qaldırılan məsələlərə baxılması mexanizmi, məsləhətləşmələr və sahibkarların rəyinin nəzərə alınmasının əhəmiyyəti vurğulanıb. Görüşdə İctimai Şura üzvləri ilə əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib, suallar cavablandırılıb.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında fəaliyyət göstərən İctimai Şuranın sədri Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, sədr müavini isə Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyevdir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment