1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


"ASAN xidmət" və "Haber Global" Milli Mətbuat Günü münasibətilə tədbir təşkil edib
20.07.2023

19 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN İnnovativ İnkişaf Mərkəzi"nin və "Haber Global" televiziyasının birgə tərəfdaşlığı, Medianın İnkişafı Agentliyinin dəstəyi ilə təlim proqramı təşkil olunub.

22 İyul - Milli Mətbuat Gününə həsr edilən proqramda müxtəlif media qurumlarında çalışan şəxslər, blogerlər, müvafiq sahə üzrə rəy liderləri iştirak ediblər.  

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ölkəmizdə milli mətbuatın, medianın fəaliyyətinin inkişafı, ifadə və söz azadlığının təmin edilməsi istiqamətindəki dövlət siyasətindən söz açıb.

Tədbirin məqsədi media sahəsində, məlumatların ictimaiyyətə çatdırılmasında yeniliklərin təşviqi olub.

80-dən çox şəxsi əhatə edən təcrübə mübadiləsi xarakterli təlim çərçivəsində "Haber Global"ın Proqramlar Müdiri Temel Okaygün, "Web Özəl" xəbər məsləhətçisi Can Mumay və kanalın aparıcısı Saynur Tezel təcrübələrini bölüşüblər. 

Spikerlər innovativ alətlərin istifadəsinin ictimaiyyətə çatdırılmasında və xəbərlərin yaradılmasında yeni platformaların tətbiqinə dair məlumatlar veriblər.

Xəbər yaradılmasında yeni trendlər, rəqəmsal platformalarda çatımlılığın artırılması üsulları, təqdimat növləri və alətlər diqqətə çatdırılıb. Həmçinin düzgün kommunikasiya kanallarının seçilməsi və məlumatın hədəfə düzgün yönləndirilməsi kimi əsas məqamlara diqqət çəkilib. 

Dəstəkçilər:  "Superfon" mağazalar şəbəkəsi,  “Başkent” restoranlar şəbəkəsi

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment