1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının Uşaq cərrahiyyəsi şöbəsinin rəisi, uzman uşaq cərrahı Vüsal Cəfərov
18.07.2023

Mərkəzi Gömrük Hospitalının Uşaq cərrahiyyəsi şöbəsinin rəisi, uzman uşaq cərrahı Vüsal Cəfərov “Həkim məsləhəti” rubrikasında "Uşaqlarda göz altında qaralmaların səbəbləri" mövzusunda məlumat verib.

Gözaltı qaralar gözümüzün alt hissəsində dərinin tünd görünməsinə verilən addır. Qan damarlarında və dəridə dəyişikliklərdən tutmuş hiperpiqmentasiya adlanan piqmentasiyanın artmasına qədər bir çox səbəblərdən yarana bilər. Uşaqlarda vəziyyət böyüklərə nisbətən fərqlidir. Onlarda gözaltı qaraların səbəblərini aşağıdakı kimi izah edə bilərik.

Uşaqlarda gözaltı qaralmaların yaranma səbəblərindən ən başlıcası genetikadır. Əgər ailə üzvlərinin əksərində gözaltı qaralar varsa, nəslin digər fərdlərində də eyni vəziyyətin yaranma ehtimalı yüksəkdir. Bu vəziyyət uşaqlıqdan yarana və yaş artdıqca çoxala bilər.

İkinci bir səbəb isə uşaqlarda ciddi vitamin çatışmazlığıdır. Həkim-pediatrlar bildirir ki, vitamin çatışmazlığını həkimsiz aşkarlamaq olduqca çətindir, çünki onun çatışmazlığı uşaqlarda müxtəlif xəstəliklərə səbəb olduğu kimi, bəzi xəstəliklərin əlaməti olaraq da ortaya çıxa bilər. Müəyyən əlamətlərin əvvəlcədən təyin edilib həkim nəzarəti altında lazım olan tədbirlərin həyata keçirilməsi məsləhətdir.

Allergik reaksiyalar da gözaltı qaraların yaranmasına təkan verir. Allergik reaksiya inkişaf etdikdə bədəndə zərərli maddələr kimi qəbul edilən strukturlara cavab olaraq histaminlərin sintezi baş verir. Histamin gözlərdə qaşınma, qızartı və şişkinliklə yanaşı, qan damarlarının da genişlənməsinə səbəb olur.

Müasir dövrdə ən geniş yayılan problemlərdən biri də uşaqların telefon, planşet, kompüterdən həddən artıq çox istifadə etməsidir. Televizor, planşet, kompüter və telefon ekranına baxmaq gözlərin əhəmiyyətli dərəcədə gərginləşməsinə səbəb ola bilər. Bu gərginlik uzun müddət davam edərsə, göz ətrafındakı damarların genişlənməsinə, nəticədə isə gözətrafı və gözaltı nahiyənin qaralmasına gətirib çıxarır.

Yuxusuzluq, həddindən artıq yorğunluq, kifayət qədər yatmamaq və ya normadan artıq yatmaq göz altında qaralmalar yarada bilir. Belə ki, uşaq hər gün saat 8-də məktəbə gedirsə, axşam gec saatlarda yatırsa və yatana qədər dərs çalışıb, çizgi filmi izləyirsə, bu uşaqların göz altında rəng dəyişikliyi ola bilər.Yuxusuzluq zamanı dəri solğunlaşır, nəticədə isə dərialtı tünd toxumalar və qan damarları nəzərəçarpacaq dərəcədə görünməyə başlayır.

Böyrək problemi zamanı da gözaltı qaralmalar yaranırmı? Böyrək çatışmazlığı olan insanlar da sidiklə ifraz olunacaq zəhərli və zərərli maddələr xaric ola bilmədiyinə görə dərinin daha çox incə hissələrində və göz altlarında çökmələr yaranır. Buna görə də xroniki böyrək çatışmazlığı olan insanlarda həmişə gözlərin altı tünd rəngdə olur.

Bütün bunlarla yanaşı uşaqlarda tənəffüs problemi zamanı da gözaltı qaralmalar yarana bilər. Xüsusən, tənəffüs yolu infeksiyası varsa, nəfəs almaqda çətinlik yaranır. Bu vəziyyətdə qan gözlərin altında kapillyarlarda toplanır, tünd görünüşə səbəb olur. Odur ki, uşaqlarda göz altında qaralmalar yarandıqda səbəbi araşdırılmalı və lazımi müalicənin edilməsi vacibdir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment