1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının pediatrının oğlu beynəlxalq olimpiadalarda yüksək nəticələr göstərib
17.07.2023

Mərkəzi Gömrük Hospitalının pediatr-neonatoloq-reanimatoloqu Aygün Sadıxovanın ailəsində böyük sevinc yaşanır. Belə ki, Aygün həkimin oğlu Sadıq Sadıxlı Sinqapurda  və Londonda keçiriləcək beynəlxalq olimpiadalara dəvət alıb. 

Hər şey ötən il noyabr ayının 30-da Bakıda keçirilən Amerika Riyaziyyat Olimpiadası olimpiadasından başlamışdı.  Bakı Avropa liseyinin şagirdi Sadıq Sadıxlı bu olimpiadada yüksək nəticə göstərərək,  qızıl medal qazanmışdı. Qeyd edək ki, dünyanın 30-dan çox ölkəsindən uşaqların qatıldığı bu bilik yarışında uğur qazanan şagirdlər bir çox beynəlxalq olimpiadalarda iştirak etmək hüququ qazanır. Sadıq da yüksək nəticə göstərdiyinə görə bu il 22-25 iyul 2023-cü il tarixlərində Sinqapurda keçiriləcək  “Simoc” olimpiadasına vəsiqə alanlar sırasındadır. 

Eyni zamanda Sadıq Kembric Universitetinin təsis etdiyi İMEC olimpiadasında da qızıl medal qazandığına görə 6-13 avqust 2023-cü ildə Kembric Universitetinin təşkilatçılığı ilə Londonun Harrou Universitetində keçiriləcək final yarışlarına dəvət alıb. 

 İndi ailə o günləri ümidlə gözləyir. Əminik ki, bu bilik yarışlarında da Sadıq yüksək nəticə əldə edəcək. Sadığa uğurlar diləyir, qızıl medalla Vətənə dönməyi arzulayırıq. Qoy bu uğurlar Sadığın gələcəkdə dünyanın ən nüfuzlu universitetlərindən birində təhsil almağa bir körpü olsun!

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment