1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş intellektual oyun keçirilib
17.07.2023

14 iyul 2023-cü il tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin təşkilatçılığı ilə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və Mərkəzi Gömrük Hospitalının əməkdaşları arasında intellektual  yarış keçirilib. Tədbirdə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin sədri, tibb xidməti general-mayoru Ceyhun Məmmədov, Tibbi Xidmət İdarəsinin rəis müavinləri İsmayıl Əfəndiyev, Fərid Əbilov,  Mərkəzi Gömrük Hospitalının baş həkimi Bəxtiyar Musayev, Tibbi Xidmət İdarəsinin Maliyyə şöbəsinin rəisi Arzu Həsənov və digərləri iştirak ediblər.  

Tədbirin açılış mərasimində çıxış edən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin sədri, tibb xidməti general-mayoru Ceyhun Məmmədov breyin-rinq yarışının Dövlət Gömrük Komitəsinin təşəbbüsü ilə keçirildiyini bildirib. 2023-cü ildə Ulu öndər Heydər Əliyev ili elan edilməsi çərçivəsində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin təşkilatçılığı ilə keçirilən silsilə tədbirlər barədə danışıb.  C.Məmmədov çıxışı zaman Ulu öndər Heydər Əliyevin səhiyyə sistemi ilə yanaşı, gömrük sisteminin yaradılması və inkişafı istiqamətində olan xidmətləri, bu gün bütün sahələrdə təməli Ümumilli Lider tərəfindən qoyulmuş siyasətin möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən layiqincə, uğurla, əzm və peşəkarlıqla davam etdirildiyini qeyd edib. 

Daha sonra Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə bağlı Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi tərəfindən keçirilən tədbirləri əks etdirən videoçarx nümayiş olunub. 

Mərkəzi Gömrük Hospitalında keçirilən tədbirdə “Şuşa”, “Xəmsə”, “Döyünən Ürəklər”, “Şəfqət” və “Xəzinə” komandalar mübarizə aparıblar. Yarışda birinci turun sualları Ulu öndər Heydər Əliyevə, ikinci turun sualları “Heydər Əliyev və Azərbaycanda gömrük xidməti” və üçüncü turun sualları ümumi mövzulara həsr edilib. Yarışın nəticələrinə görə “Xəmsə” komandası birinci yerin, “Döyünən ürək” komandası ikinci yerin  və “Şuşa” komandası üçüncü yerin qalibləri olublar.  Sonda qalib komandalara diplomlar və hədiyyələr təqdim edilib. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment