1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsində könüllü gömrükçülər fəaliyyətə başlayıb
11.07.2023

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində könüllülük hərəkatının inkişafı çərçivəsində yaradılan 10-cu “Könüllü gömrükçü” dəstəsinin 7 üzvü 11 iyul 2023-cü il tarixindən 11 oktyabr tarixədək 3 ay müddətində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin müvafiq şöbələrində fəaliyyətə başlayıb. Bununla əlaqədar olaraq 11 iyul 2023-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsində çalışacaq könüllü gömrükçü dəstəsinin üzvləri ilə görüş keçirilib. 

Görüşdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım,  Mərkəzi Gömrük Hospitalının baş həkimi Bəxtiyar Musayev, Dövlət Gömrük Komitəsi Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsi, Sosial innovasiyalar şöbəsinin inspektoru Ruqiyyə Səməndərova, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin İnzibati İdarəetmənin Təşkili şöbəsinin rəisi Minurə Ağayeva və könüllü gömrükçülər iştirak ediblər. 

Tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım və Mərkəzi Gömrük Hospitalının baş həkimi Bəxtiyar Musayev könüllü gömrükçüləri bu münasibətlə təbrik edib, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının fəaliyyəti barədə məlumat verib, onlara öz seçdikləri sahələr üzrə bilik və təcrübi bacarıqlarının artırılması istiqamətində fəaliyyətlərində uğurlar arzulayıblar.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının müxtəlif şöbələrində  könüllü gömrükçü kimi fəaliyyət göstərəcək Gülgün Abdullayeva, Minəvvər Niftullayeva, Aydan Paşazadə, Fatimə Zeynallı, Roza Rəhimli, Bahar Mirzəliyeva və Ləman Alxasovaya fəaliyyətlərində nailiyyətlər diləyirik!

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment