1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Bir tankçının nağılı
03.07.2023

Vətən müharibəsi günləri çalışdığım Mərkəzi Gömrük Hospitalı hərbi hospital kimi fəaliyyət göstərdi. Çoxsaylı qazilərimiz burada şəfa tarapaq geri döndülər. 

Xatirimdə qalan bir yaralı hərbiçinin tarixçəsini sizlərlə bölüşmək istədim. Ön cəbhə xəttinə yaxın bölgədə cərrahi əməliyyatlar keçirildikdən sonra təxliyyə olunmuşdu. Vəziyyəti kritik ağır idi. Septik vəziyyətə bağlı şüuru tam aydın deyildi.

İrəlidə bizi ağır əməliyyat gözləyirdi. Nəticəsi yaxşı olmaya da bilərdi. Tibbi baxımdan şanslarımız minimal dəyərləndirilirdi. Xəstə ilə kiçik də olsa kontakt qurmaq istəyirdim.  Harda döyüşdüyünü və yaralandığını soruşdum. 

-Tankçıyam, deyə cavab verdi. Tankımı vurdular...

Nə üçünsə tankın nömrəsini sörüşdüm. 

-Nəyinizə gərək, deyə qıcıqlandı.

-Birdən qarşılaşsaq, bilim ki, o tankın içində olan sənsən- deyə zarafatyanı gülümsədim.

Tankçı da güldü və öz tankının nömrəsini söylədi.Yaranan kontakdan həvəslənib davam etdim:

-Bəs, tankın içində neçə nəfər olursunuz?

- 3 nəfər, komandir, sürücü və nişançı...

- Tankın mərmisi neçə kiloqram olur?

- 33 kq 

- Hansı məsafəyə ata bilirsiniz?

- 15 kilometrə qədər.

Peşəkar mövzuda verdiyim suallar tankçının şüurunu bir qədər aydınlatdı. Bu məni sevindirdi. Eyni zamanda öyrənmək istədiyim texniki hərbi məqamlarla bağlı söhbətimizi davam etdim.

-Birbaşa görərək, yoxsa verilən kordinatlara görə atəş açırsınız?

Cavab vermədi.

-Məşhur lətifəni yadıma salıb, Bəs sizin bölümdə neçə tank var?, deyə gülümsədim.

-Doktor burdan o tərəfi yoxdur, hərbi sirdir...

Tankçının ağır septik şok vəziyyətində və şüurunun tam aydın olmamasına baxmayaraq verdiyi cavab məni çox təsirləndirdi. Qarşımda ölümlə mübarizə aparan yaralı igid əsgər uzanmışdı.

İndi növbə bizdə idi. Tankçının həyatı uğrunda ağır döyüşə başlamalı idik. Başladıq...

Mərkəzi Gömrük Hospitalında qaldığı 40 gündə tankçının üzərində 10-a qədər ağır əməliyyatlar keçirdik. Addım addım irəlilədik. O, ölümlə mücadilədə qalib gəldi. Sonunda İgid əsgəri sağ salamat yola saldıq... 

Yolun açıq olsun, Azərbaycan əsgəri!


Novruzon Namiq.   26.06.2023

(Tankçı: Həsənov Pərviz İsfəndiyar oğlu,1999).

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment