1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Code Academy-nin GDU-da icra etdiyi #codeforfuture layihəsinin məzun günü keçirildi
25.06.2023

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyilə Code Academy tərəfindən 2021-ci ildən etibarən icra olunan #CodeForFuture layihəsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Technest təqaüd proqramı çərçivəsində 2022-ci ildən daha da genişlənərək, regionlarda həyata keçirilməyə başladı. 

2022-2023-cu tədris ilinin yaz semestrində Gəncə Dövlət Universitetində təhsil alan 66 tələbənin iştirakı ilə #codeforfuture layihəsinin məzun günü keçirildi.  

Tədbirdə açılış nitqi ilə çıxış edən Code Academy tədris müəssisəsinin təsisçisi və direktoru Ülvi Aslanov layihənin regionlarda genişlənməsi, GDU tələbələrinin gələcək həyat və karyeralarındakı əhəmiyyəti haqqında məlumat vermiş, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəqəmsal təhsil layihələri üzrə keyfiyyətə nəzarət, monitorinq və qiymətləndirmə üzrə məsul şəxsi İbrahim Qədirov yüksək nəticə ilə tədrisi bitirən məzunları təbrik edərək, diplomlarını təqdim ediblər. 

Layihənin ilk ilində, Proqramlaşdırma və IT help-desk sahəsi üzrə təhsil alan 66 tələbə tədrisi uğurla bitirib, yekunda hazırladıqları final layihələri ilə praktiki bacarıqlarını inkişaf etdirərək, həm də ilk peşəkar portfoliolarını formalaşdırıblar. Tələbələrdən 21 nəfər beynəlxalq sertifikat imtahanlarında uğurla iştirak edərək, ümumilikdə 28 ədəd CompTIA sertifikatını əldə ediblər. 


#CodeForFuture layihəsində təhsil alan hər bir tələbə aşağıdakı əsas üstünlüklərə sahib olurlar:

- Təhsil aldığı universitetin məzunu olaraq diplomun alınması

- Code Academy-də təhsilini təsdiqləyən diplom/sertifikat

- Layihə işləri əsasında ilk peşəkar portfolionun formalaşması

- Beynəlxalq sertifikat qazanaraq, iş həyatına rahatlıqla başlama imkanı. 


Elm və Təhsil Nazirliyinin dəstəyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə regionlarda icrası həyata keçirilən #codeforfuture layihəsindən bu günə qədər 1344 tələbə faydalanıb. İlkin olaraq AzTU-da başlanan, BDU, AzMİU, SDU, GDU, LDU təhsil müəssisələrində davam edən layihənin daha çox sayda tələbənin faydalanması və gələcək mütəxəssislərin yetişdirilməsi məqsədilə növbəti tədris illərində də genişləndirilməsi nəzərdə tutulur. 

Layihə haqqında ətraflı məlumatla https://forfuture.code.edu.az/ saytına keçid edərək tanış ola bilərsiniz. 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment